Azərbaycan Türkiyə münasibətləri: düşmən öz işini görür
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakupost TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.
Axar.az xəbər verir ki, Sabir Rüstəmxanlı bu dəfə Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirmək istəyən qüvvələrin niyyətindən danışıb.
Xalq şairi oktyabrın 15-16-da Türkiyənin Kayseri şəhərində keçirilən Türk Dünyası Şair və Yazarlarının II görüşündə iştirakından söz açıb. O, 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra Azərbaycana ilk dəstək verən şəhərin Kayseri olduğunu xatırladıb.
"Həmin ilin payızında Avropaya səfərim zamanı mənə o dövrə aid videolentlər təqdim etdilər. Mən gördüm ki, Qanlı Yanvardan sonra bizim səsimizə ilk səs verən Kayseri olub. Orada insanlar küçələrə çıxaraq Azərbaycanı dəstəkləyən möhtəşəm yürüş keçiriblər. Bu görüntülər sonradan Türkiyəyə yayılıb. Ardınca İğdırda, daha sonra Brüsseldə, Berlində, Frankfurtda və başqa şəhərlərdə Azərbaycana dəstək aksiyaları təşkil olunub. Canımızın yandığı bir vaxtda Kayseri bizə hay vermişdi. Türkiyə bütövlükdə hər zaman yanımızda olub, amma həmin səslər içində Kayseri birinci idi”, - deyə Xalq şairi bildirib.
O, görüş zamanı türklərin azərbaycanlılara münasibətində heç bir dəyişiklik olmadığını gördüyünü də vurğulayıb. Sabir Rüstəmxanlı, həmçinin öz təşəbbüsü ilə hazırlanan bəyanatın tədbir iştirakçıları tərəfindən yekdilliklə qəbul edildiyini deyib. O bildirib ki, sənəd Türk dünyasının şair və yazarları tərəfindən böyük həssaslıqla qarşılanıb. Bəyanatda Azərbaycan -Türkiyə münasibətlərinin yalnız iki ölkə üçün deyil, bütün Türk dünyası üçün əhəmiyyəti vurğulanıb.
Xalq şairi Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirmək istəyənlərin əsl məqsədinin Türk birliyini pozmaq və Türk dövlətləri təşkilatlarını zəiflətmək olduğunu bildirib.
"Azərbaycan-Türkiyə münasibətləri pozulan deyil. Amma düşmən öz işini görməkdədir və bunu açıq-aşkar hiss edirik. Ən yüksək səviyyədə məsələlərə aydınlıq gətirmək istəyənlər olsa da, aşağıda yenə "şeytan qazanı" qaynatmaq istəyənlər var", - deyə S.Rüstəmxanlı qeyd edib.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Oktyabr 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















