Türkiyə Azərbaycan münasibətləri öz gücünü qoruyur ŞƏRH
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan–Türkiyə qardaşlığı tarixin çətin sınaqlarından keçərək daha da möhkəmlənib və bu günə qədər gəlib çatıb".
Bunu Sherg.az-a Diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürk bildirib.
O, qeyd edib ki, Sovet İttifaqı Azərbaycanda Türkiyəyə olan sevgini yox edə bilməyib:

"Azərbaycan xalqının qəlbində Türkiyəyə duyulan sevgi hər zaman yaşayıb və hətta ən çətin dövrlərdə belə, bəzən gizli şəkildə olsa da, öz varlığını qoruyub saxlayıb. Bu gün Azərbaycan-Türkiyə münasibətləri elə bir strateji və qardaşlıq səviyyəsinə yüksəlib ki, onları ayrı-ayrı çıxışlar və pafoslu bəyanatlarla zəiflətmək mümkün deyil. 1995-ci ilin mart hadisələrindən sonra iki ölkə arasındakı münasibətlər daha da möhkəmlənib. 2009-cu ildə yaşanan bayraq böhranından sonra da münasibətlərdə hər hansı ciddi geriləmə baş verməyib, əksinə, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Tarixi təcrübə böhranların Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərini sarsıtmaq gücündə olmadığını göstərir. Əksinə, belə sınaqlar bir çox hallarda yeni əməkdaşlıq imkanları yaradır, qarşılıqlı etimadı gücləndirir və iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə zəmin hazırlayır. Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə, xalqlarımızın qarşılıqlı sevgisinə və sarsılmaz mənəvi bağlara söykənir. Bu münasibətlər zamanın sınaqlarından keçərək bu gün də öz gücünü və əhəmiyyətini qoruyub saxlayır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















