Icma.az
close
up
RU
Azərbaycan Türkiyə müttəfiqliyi: “Bir millət, iki dövlət” prinsipinin yeni mərhələsi ŞƏRH

Azərbaycan Türkiyə müttəfiqliyi: “Bir millət, iki dövlət” prinsipinin yeni mərhələsi ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı,8 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

İkinci Qarabağ müharibəsində əldə edilən Qələbə Azərbaycan-Türkiyə münasibətlərində strateji müttəfiqliyin yeni mərhələsinin əsasını qoydu. 2020-ci il Zəfəri yalnız hərbi-siyasi baxımdan deyil, həm də regional güc balansının formalaşması baxımından dönüş nöqtəsi oldu. Müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək “Bir millət, iki dövlət” prinsipini praktik müstəviyə keçirdi və bu münasibətlər sonradan Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiqlik səviyyəsinə yüksəldi.

Ekspertlərin fikrincə, bu gün regionda yaranan yeni təhlükəsizlik və iqtisadi reallıqlar fonunda Ankara-Bakı tandemi Cənubi Qafqazda sülhün, sabitliyin və inkişafın əsas dayaqlarından birinə çevrilib.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Türkiyənin tanınmış hərbi eksperti Abdullah Ağar bildirib ki, Zəfər Gününün 5-ci ildönümü təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur günüdür.

“ O günləri yaşayan və yaxından izləyən hər kəs çox yaxşı bilir ki, bu müharibə təkcə bir hərbi əməliyyat deyildi, həm dövlətin, həm ordunun, həm də xalqın ən ağır sınaqdan keçdiyi bir dövr idi. ”, – deyə ekspert vurğulayıb.

Abdullah Ağarın sözlərinə görə, Azərbaycan Ordusunun peşəkarlığı, xalqın fədakarlığı və dövlət rəhbərliyinin strateji uzaqgörənliyi bu qələbənin əsas amilləridir. Türkiyə bu çətin zamanda bütün imkanları ilə Azərbaycanın yanında yer aldı və bu birliyə dayanan əməkdaşlıq sayəsində bölgənin siyasi və hərbi xəritəsi dəyişdi. İkinci Qarabağ müharibəsi, “qazanılması mümkün olmayan” deyilən bir mübarizənin qardaşlıqla qazanıldığını göstərən tarixi bir hadisədir.

Türkiyəli ekspert qeyd edib ki, bu müharibə Azərbaycan üçün təkcə torpaqların azadlığı deyil, həm də milli kimliyin, dövlətçiliyin və ordunun əsl mənada formalaşması demək idi: “Birinci Qarabağ müharibəsində Azərbaycan cəmiyyəti, ordusu ağır zərbələr alsa da , İkinci Qarabağ müharibəsində bu zədələri üzərindən qaldırdı və yenidən ayağa qalxmaq və dövlət kimi gücünü sübut etmək imkanı yaratdı”.

Abdullah Ağar həmçinin diqqətə çatdırıb ki, müharibədən sonra Azərbaycan-Türkiyə əməkdaşlığı yeni strateji mərhələyə qədəm qoyub: “Bu gün bölgənin gələcəyi, yeni təhlükəsizlik arxitekturası məhz Azərbaycan-Türkiyə ittifaqı üzərində formalaşır. Bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatının əsas dayağıdır və gələcəkdə Orta Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayacaq. Yeni dünya düzənində geosiyasi mübarizənin mərkəzində Azərbaycan-Türkiyə ittifaqı dayanır. Bu ittifaq yalnız hərbi və siyasi baxımdan deyil, həm də mənəvi və mədəni dəyərlər baxımından regionun sabitliyinin təminatıdır”.

Ekspert sonda vurğulayıb ki, İkinci Qarabağ müharibəsi həm də bütün bəşəriyyət üçün ədalət, haqq və azadlıq uğrunda mübarizənin simvoludur: “Bu Zəfər bir daha göstərdi ki, heç kim sizə azadlıq və müstəqillik bəxş etmir, onu öz iradəniz, ağlınız və gücünüzlə qazanırsınız. Azərbaycan bunu etdi. Bu, tarixdə dövlətin, ordunun və xalqın birliyinin nələrə qadir olduğunun parlaq nümunəsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri