Icma.az
close
up
RU
Azərbaycan Türkiyə strateji müttəfiqliyinin yeni mərhələsi ŞƏRH

Azərbaycan Türkiyə strateji müttəfiqliyinin yeni mərhələsi ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan və Türkiyə xalqları tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlardır. Bu münasibətlər müstəqillik illərində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, xüsusilə Vətən müharibəsindən sonra yeni mərhələyə qədəm qoymuşdur. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəsini müəyyən edən mühüm siyasi sənəd kimi tarixə düşmüşdür.

Şuşa Bəyannaməsinin məhz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanması xüsusi rəmzi məna daşıyır. Bu sənəd Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin siyasi nəticələrindən biri hesab olunur. Bəyannamə Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Sənəddə siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Xüsusilə təhlükəsizlik məsələləri ilə bağlı müddəalar diqqəti cəlb edir. Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ya ərazi bütövlüyünə qarşı təhdid yarandığı halda qarşılıqlı məsləhətləşmələr aparılacaq və zəruri tədbirlər görüləcəkdir. Bu, iki qardaş dövlət arasında strateji müttəfiqliyin hüquqi əsaslarının daha da gücləndirildiyini göstərir.

Şuşa Bəyannaməsi regionda sülhün və sabitliyin təmin olunmasına da mühüm töhfə verir. Sənəddə beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, regional əməkdaşlığın inkişafı və kommunikasiya xətlərinin açılmasının əhəmiyyəti vurğulanır. Bununla yanaşı, Türk dünyasının birliyinin möhkəmləndirilməsi və ortaq dəyərlərin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İqtisadi sahədə əməkdaşlığın inkişafı, enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və investisiya imkanlarının artırılması Bəyannamənin əsas istiqamətlərindəndir. Bu əməkdaşlıq yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına müsbət təsir göstərir.

Şuşa Bəyannaməsi həmçinin elm, təhsil, mədəniyyət və gənclər siyasəti sahələrində əlaqələrin genişləndirilməsini təşviq edir. Bu istiqamətdə həyata keçirilən layihələr iki ölkə arasında humanitar inteqrasiyanın daha da dərinləşməsinə şərait yaradır.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf tarixində mühüm mərhələdir. Bu sənəd iki qardaş ölkə arasında strateji müttəfiqliyin yeni modelini formalaşdırmış, siyasi, iqtisadi və hərbi əməkdaşlığın daha da genişlənməsinə güclü zəmin yaratmışdır. Bəyannamənin imzalanması regional təhlükəsizlik, sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin "Bir millət, iki dövlət" prinsipinə əsaslanan münasibətlərinin ən parlaq təzahürlərindən biri kimi qiymətləndirilir.

Şəhla Xəlilova

YAP Yasamal rayonu Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyun 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri