Icma.az
close
up
RU
Azərbaycan Türkiyə qardaşlığını hədəfə alan deputat İFŞA EDİLDİ Erməni və İran izi!

Azərbaycan Türkiyə qardaşlığını hədəfə alan deputat İFŞA EDİLDİ Erməni və İran izi!

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Türkiyənin DEM Partiyasından olan deputat Ömer Faruk Gergerlioğlu növbəti dəfə Azərbaycanın ünvanına əsassız və təxribat xarakterli ittihamlarla çıxış edib.

İndiyədək İsraillə olan qarşılıqlı maraqlara əsaslanan münasibətlərimizə görə dəfələrlə qarayaxmaya cəhd edən Gergerlioğlu bu dəfə tamamilə aidiyyəti olmayan bir hadisəni - “Madeline” gəmisinin Qəzza sahilinə buraxılmamasını bəhanə edərək Azərbaycanı günahlandırmağa cəhd göstərib.

Bu nə cür düşüncədir? Hər dəfə Fələstinlə bağlı hansısa mövzu gündəmə gələndə Gergerlioğlu niyə məhz oxu Azərbaycana tuşlayır?

Açıq şəkildə görünür ki, bu şəxs Cənubi Qafqazda regionda yeganə sabit və müstəqil siyasət yürüdən, balanslı münasibətlər quran Azərbaycanı məqsədli şəkildə hədəf seçib.

Erməni və İran dairələri ilə zəncirvari əlaqələr

Gergerlioğlu budəfəki paylaşımında ermənilərə məxsus, Azərbaycana qarşı illərdir təbliğat aparan “Agos” qəzetinə istinad edib.

Xatırladaq ki, “Agos” yaradılan zamanı əsas hədəflərindən biri Azərbaycan və Türkiyə cəmiyyətində qondarma “erməni soyqırımı” iddialarını legitimləşdirmək, Qarabağ məsələsində isə Ermənistanın mövqeyini təbliğ etmək olub. Gergerlioğlunun bu qəzetin informasiyasına əsaslanaraq Azərbaycanı hədəfə alması, onun hansı mərkəzlərin maraqlarına xidmət etdiyini göstərir.

Tənqidçilər Gergerlioğlunun həm Ermənistan dairələrinə yaxın media qurumları ilə, həm də İran meyilli çevrələrlə əlaqədə olduğunu qeyd edirlər. Onun İran daxilindəki qüvvələrin anti-Azərbaycan ritorikasına uyğun bəyanatları, radikal çevrələrlə yaxınlığı və SEPAH-a sadiq olan təşkilatlarla paralellik təşkil edən bəzi fikirləri bu ehtimalları gücləndirir. Xüsusilə Azərbaycana qarşı səsləndirdiyi ittihamlar İran mediasının ritorikası ilə oxşarlıq təşkil edir.

Ömer Faruk Gergerlioğlu təkcə Azərbaycanı deyil, Türkiyəni də ittiham hədəfinə çevirən siyasətçidir. Onun fikirləri və fəaliyyəti Türk dünyasının birliyi və əməkdaşlığını sarsıtmağa yönəlib. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”. Gergerlioğlunun bu ailəyə qarşı mövqeyi onu açıq şəkildə bu dəyərlərin əleyhdarı olduğunu sübut edir.

Populizm və sosial media şousu

Bu ittiham Gergerlioğlunun ilk sərsəmləməsi deyil. Onun siyasi fəaliyyəti populist addımlara, emosional ritorikaya və sosial media şousuna əsaslanır. Artıq özünü ləğv edən PKK ilə əlaqələrini gizlətməyən “siyasətçi” ciddi, strateji yanaşma tələb edən mövzulara səthi və provokativ çıxışlarla müdaxilə edərək daha çox gündəmi manipulyasiya etməyə çalışır. Onun çıxışlarında populist ifadələr, qütbləşdirici fikirlər və qeyri-dəqiq ittihamlar müşahidə olunur.

Xüsusilə, beynəlxalq münasibətlər və milli təhlükəsizlik kimi həssas mövzularda məsuliyyətsiz açıqlamalarla çıxış etməsi onun siyasi məsuliyyət anlayışının nə qədər zəif olduğunu göstərir. Gergerlioğlu münaqişəli regionlarla bağlı paylaşım və bəyanatlarında hadisələrin mahiyyətini təhrif edir, qərəzli mənbələrə istinad edir və cəmiyyətin həssaslığından sui-istifadə edərək sosial mediada reytinq qazanmağa çalışır.

Gergerlioğlunun və ona bənzərlərin narahatlığı Azərbaycanın Qafqazda artan gücü, Türkiyə ilə olan müttəfiqliyi və İsraillə strateji əməkdaşlığıdır. Azərbaycan artıq bölgədə oyun dəyişdirən aktordur və bu məsələ bəzi mərkəzləri narahat edir. Bu mərkəzlər Gergerlioğlu kimi “siyasi məzhəkəçilər” vasitəsilə guya təzyiq yaratmağa çalışırlar.

Əgər Gergerlioğlu Fələstin xalqına həqiqətən yardım etmək niyyətindədirsə, isti kreslosundan qalxıb birbaşa Qəzzaya getməkdə sərbəstdir.

Amma Azərbaycanı bu prosesə zorla və yalanla cəlb etməyə çalışmaq nə hüquqi, nə siyasi, nə də əxlaqi baxımdan doğru deyil.

Nəticə etibarilə bu şəxsin fəaliyyəti artıq ciddi suallar doğurur: Niyə Gergerlioğlu daim Azərbaycana qarşı danışır? Niyə hər fürsətdə erməni və İran mətbuatına istinad edir? Niyə onun sözləri Azərbaycanın, Türkiyənin deyil, düşmən dairələrin maraqlarına uyğundur?

Bu sualların cavabı məlumdur. Gergerlioğlu şoumen, populist, və ən əsası Türk düşmənidir. Onun təxribatçı ritorikası Türkiyədə və Azərbaycanda kifayət qədər tanınır. Bu səbəbdən də onun səsi daha çox ifşa olunmalı, fəaliyyəti ciddiyə alınmamalıdır.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri