Icma.az
close
up
RU
Azərbaycan Türkiyənin rəqəmsal transformasiya sahəsindəki təcrübəsindən faydalanmaqda maraqlıdır

Azərbaycan Türkiyənin rəqəmsal transformasiya sahəsindəki təcrübəsindən faydalanmaqda maraqlıdır

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Hörmətli Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev güclü siyasi iradə və vizyoner liderlikləri ilə Türkiyə və Azərbaycan arasındakı qardaşlığı strateji müttəfiqlik səviyyəsinə çatdırıblar. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi yalnız siyasi və təhlükəsizlik sahəsində deyil, iqtisadi sahədə də güclü bir strateji çərçivə təmin edir. Bu çərçivə iş dünyasına güvən mühiti və uzunmüddətli planlama imkanları yaradır".

Oxu.Az xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan - Türkiyə İKT biznes forumunda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün deyib.

O bildirib ki, artıq sahibkarlar və investorlar sağlam siyasi, hüquqi zəmin üzərində daha cəsarətli və qərarlı addımlar ata bilirlər:

"Qarabağ Zəfəri ilə Cənubi Qafqazda barış ümidlərinin artması və beynəlxalq aktorların bölgəyə artan marağı yeni imkanlar və fürsətlər ortaya çıxarır. Bu prosesdə Türkiyə və Azərbaycan koordinasiyalı addımlarla həm regional, həm də qlobal sahələrdə güclü əməkdaşlıq modeli sərgiləyirlər.

İş birliyimizin əsas sahələri enerji, inşaat və infrastruktur, kənd təsərrüfatı və ərzaq sənayesi, səhiyyə, turizm, informasiya texnologiyaları və müdafiə sənayesidir.

Azərbaycan Türkiyənin rəqəmsal transformasiya sahəsində qazandığı zəngin təcrübədən faydalanmaqda maraqlıdır. Eyni zamanda, Azərbaycan da öz potensialını Türkiyə ilə birgə gücləndirməyə hazırdır".

Səfir əlavə edib ki, dövlət və özəl sektor arasında qurulacaq tərəfdaşlıqlar iki ölkə arasında rəqəmsallaşma sahəsində əməkdaşlığı yeni mərhələyə yüksəldəcək:

"Məqsədimiz birlikdə işləmək, birgə inkişaf etmək və ölkələrimizin gələcəyini daha sağlam etməkdir. Bu çərçivədə 2026-cı il üçün 10 maddədən ibarət fəaliyyət planı hazırlanıb və biz bu planı yaxından izləyəcək, hər imkan daxilində dəstəyimizi göstərəcəyik.

Yerli tərəfdaşlara önəm verən və əlavə dəyər yaradan təşəbbüslərin qarşılığı olacağına inanırıq. Artıq ənənəvi sahələrdə güclü əməkdaşlığımız mövcuddur və indi texnoloji sahədə də işlərimizi dəyərli layihələrə çevirmək vaxtıdır".

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Fevral 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri