Icma.az
close
up
RU
Azərbaycan daim Türkiyənin yanındadır

Azərbaycan daim Türkiyənin yanındadır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qardaş ölkədəki dağıdıcı zəlzələdən 2 il ötür

Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə.

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il fevralın 8-də Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı ilə söhbətindən

Bu gün – fevralın 6-da Türkiyənin bir çox şəhərində baş vermiş dağıdıcı zəlzələdən iki il ötür. Bu şiddətli təbii fəlakət qardaş ölkənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbəkir və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə etmiş, nəticədə xeyli şəhər və qəsəbə yer üzündən silinmişdi. Bildirilir ki, həmin gün Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirib.

Dövlət başçımız həmin il martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşündəki çıxışında xatırlatmışdı ki, Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. “Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilər və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə, 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”.

Prezident, həmçinin əlavə etmişdi ki, cəmi bir ay on gündə 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. 5300 ton humanitar yardım isə təbii fəlakətdən zərər çəkən qardaşlarımıza çatdırılıb.

Zəlzələdən sonra mətbuat yazırdı ki, Türkiyənin bu çətin günlərində Azərbaycan xalqı da öz qardaşları ilə güclü həmrəylik, səfərbərlik nümayiş etdirdi. Ölkənin hər yerində humanitar yardım mərkəzləri yaradıldı, təcili qış geyimləri, qida, gigiyena məhsulları və s. toplanaraq ardı-arası kəsilməyən yük maşınları ilə Türkiyəyə yola salındı. Əlavə edilirdi ki, azərbaycanlıların bu cür genişmiqyaslı səfərbərliyi daha əvvəl 44 günlük Vətən müharibəsi dövründə baş vermişdi. Fəlakətin ilk üç günü ərzində Azərbaycan vətəndaşları Türkiyəyə xeyriyyə məqsədi ilə milyon dollara yaxın vəsait köçürmüşdü.

Soydaşlarımızın həmin günlərdə atdığı nəcib addımlar barədə çox yazılıb. Xüsusilə, 25-30 ilin köhnə maşını ilə qardaş ölkəyə yataq ləvazimatı aparan böyük ürəkli – kasıb azərbaycanlının mərdanəliyi həm ölkəmizdə, həm də Türkiyədə dillər əzbəri olmuşdu. Bu yazıda isə əyalət futbol komandalarımızdan birinə azarkeşlik edən soydaşımızın bir oyuna baxmaq üçün aldığı tək biletə 500 manat ödəməsini xatırlatmaq istəyirik. Mətbuatımız həmin günlərdə yazırdı ki, tovuzlu azarkeş Sahib Musayev zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədilə başladılan aksiyaya 500 manatlıq bilet alaraq dəstək verib. “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat vermişdi ki, həmin fanat Premyer Liqanın XXII turunda “Kəpəz”lə keçiriləcək ev oyununa bir ədəd simvolik bilet alaraq 500 manat ianə edib. “Turan Tovuz”un rəhbərliyi isə qarşılaşmanın bilet satışından əldə ediləcək gəlirin hamısını Türkiyəyə göndərmək qərarına gəlib. Mətbuat xidmətinin rəhbəri əlavə edirdi ki, aksiyaya maraq böyükdür: “Hətta görüşə gələ bilməyəcək azarkeşlər də bilet alaraq dəstəklərini göstərirlər”.

Türkiyəli siyasətçi və ekspertlərin fikrincə, ölkəmizin bu dağıdıcı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün atdığı addımlar çox olsa da, onların ən möhtəşəmi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə zirvə görüşünün çağırılması və keçirilməsi idi.

Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda fövqəladə zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək demişdi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.

Son günlər isə kütləvi informasiya vasitələri yazırlar ki, Azərbaycan Prezidentinin təşəbbüsü, dövlətimizin vəsaiti hesabına Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsində tikilmiş mənzillərin sahiblərinin ilk qrupu dağıdıcı zəlzələnin ikinci ildönümündə püşkatma vasitəsilə müəyyən olunacaq. Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Fırat Görgelin verdiyi məlumata görə Azərbaycan hökumətinin xətti ilə yaşayış massivi ərazisində aparılan işlərə cavabdeh qurum Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyidir. Türkiyə tərəfdən isə layihənin icrasında Mənzil İnşaatı İdarəsi iştirak edir: “Azərbaycan xalqına və Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk. Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda zəlzələ nəticəsində dağılmış ərazilər bərpa olunur”.

Bələdiyyə sədri bu barədə danışarkən qardaşlığımıza dair başqa bir faktı da yada salıb: “Bu əyalət Azərbaycanla qədim tarixi bağlara malikdir. Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətdən əvvəl şəhərin mərkəzi və ən izdihamlı küçələrindən birinə “Azərbaycan” adı verilmişdi.

Həmkarlarımız bələdiyyə sədrinə istinadən yazırlar ki, Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi tək yaşayış binaları və ticarət meydanlarından ibarət deyil, burada, həmçinin məktəb və mədəniyyət mərkəzi də inşa edilib. Layihə çərçivəsində aparılan işləri yaxın aylarda bitirmək planlaşdırılıb. “Azərbaycan” məhəlləsində fəaliyyət göstərən Heydər Əliyev adına məktəbdə tədris prosesi isə davam edir.

Elə Azərbaycan – Türkiyə qardaşlıq və dostluq münasibətlərinin ibrət dərsləri də davam edir.

İttifaq MİRZƏBƏYLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see262

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see249

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see246

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see245

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see244

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see243

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see241

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see240

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see224

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see219

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see219

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see217

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see217

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see213

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see210

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see207

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see201

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see196

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see194

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri