Azərbaycan üçün dairəvi iqtisadiyyata keçid strateji əhəmiyyət daşıyır NAZİR MÜAVİNİ
Icma.az, Sia Az saytına istinadən bildirir.
Hazırda Azərbaycan üçün dairəvi iqtisadiyyata keçid olduqca vacib məsələdir. SİA xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadiyyat və İdarəetmə sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bildirib.
Onun sözlərinə görə, bu gün təkrar istehsal amili xüsusi əhəmiyyət daşıyır: “Təkrar istehsal imkanlarından istifadə etməklə tullantıların düzgün idarə olunması və digər vasitələrlə istixana qazı emissiyalarını azaltmaq mümkündür. Təbii ki, bu prosesdə müasir texnologiyalar - blokçeyn və süni intellekt mühüm rol oynaya bilər”.
Y. Rəfiyev qeyd edib ki, dairəvi iqtisadiyyata keçidlə bağlı maliyyə məsələləri də diqqətdə saxlanılmalıdır: “Bu sahədə layihələrin həyata keçirilməsi üçün maddi vəsait, eləcə də zəruri infrastruktur mövcud olmalıdır. Burada elmin rolu xüsusilə önəmlidir. Ali təhsil müəssisələri müvafiq imkanlar yaradaraq bu texnologiyaların səmərəli tətbiqinə töhfə verə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















