Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır. Avropada təhlükəsizliyin təmin olunması uzun illər ərzində formalaşmış əməkdaşlığın nəticəsidir. Avropa üçün həyati əhəmiyyət kəsb edən bu marşrutların Cənubi Qafqazdan keçməsi xüsusi önəm daşıyır. Bu əməkdaşlıq, eyni zamanda, Azərbaycanla formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərinə əsaslanır.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Ölkələrimizin iştirakı ilə həyata keçirilən iri layihələr daha geniş coğrafiyanın enerji təchizatı baxımından da mühüm əhəmiyyət daşıyır. Bu layihələr regionun enerji xəritəsinin dəyişməsinə ciddi təsir göstərib.
Onların bir qismi uzun tarixə malikdir. Bu baxımdan, vaxtilə fəal fəaliyyət göstərən Bakı-Supsa neft kəmərini qeyd etmək olar. Kəmər bu gün də mövcuddur və daşımaların həcmi artacağı təqdirdə, gələcəkdə yenidən istifadəyə verilə bilər.
Digər mühüm layihə Bakı-Tiflis-Ceyhan neft kəməridir. Bu kəmər vasitəsilə Azərbaycan nefti dünya bazarlarına, o cümlədən Avropa ölkələrinə çatdırılır”, - deyə Maka Boçorişvili əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 Noyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















