Icma.az
close
up
RU
Azərbaycan üçün Minsk qrupu məsələsi bitdi AÇIQLAMA

Azərbaycan üçün Minsk qrupu məsələsi bitdi AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilib.

Redaktor.az-a danışan "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü sözügedən qərarı yüksək qiymətləndirdiyini bildirdi.

"Biz demək olar ki, tarixi anların şahidi oluruq, yaşayırıq və bir dövlət olaraq bunu gerçəkləşdiririk. İkinci Qarabağ müharibəsindən sonra cənab Prezident İlham Əliyev keçmiş Dağlıq Qarabağın statusunun hara getdiyini elan etmişdi. Azərbaycanın Ali Baş Komandanının elan etdiyi kimi, bu status cəhənnəmə getdi.

Bundan sonra ATƏT-in Minsk qrupu və ATƏT-ə tabeli qurumlarla bağlı məsələlər gündəmə gəlmişdi. İndi isə video da yayılıb. Cənab Prezident səhv etmirəmsə, 2020-ci ildə sonuncu dəfə həmin Minsk qrupu formatında nümayəndələrlə görüş keçirdi. Həmin görüşdə Azərbaycan tərəfi, cənab Prezident İlham Əliyev onlara qarşı müəyyən iradlarını bildirdi. Hətta bəzi sosial şəbəkə istifadəçilərinin və şərhçilərin də qeyd etdiyi kimi bu, uşaq kimi onları qarşısına qoyub “danlaması” idi.

Bundan sonra Azərbaycan üçün Minsk qrupu məsələsi bitdi, bağlandı. Azərbaycan bunu elan etdi və heç bir zaman Minsk qrupu formatında Azərbaycanda hər hansı bir görüş, tədbir, müzakirə olmadı".

Siyasi şərhçi vurğuladı ki, Minsk qrupunun ləğvi üçün Azərbaycan və Ermənistanın birgə müraciəti tələb olunurdu:

"Ermənistan da bu faktı bir az şantaj vasitəsi kimi istifadə etməyə çalışdı, cəhd göstərdi. Lakin Azərbaycan qətiyyətlə buna qarşı dayandı və Minsk qrupunun hər hansı fəaliyyətinə, yəni münaqişə bitdikdən sonra da təklif olunan roluna qəti şəkildə razılıq vermədi. 30 illik və bir az da çox, onların turist səfərləri, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mənasız və formal səfərləri, hamısı artıq tarix oldu.

İndiyə qədər qəbul edilən qərarlar da etibarsız sayıldı, qüvvədən düşdü və bu, çox tarixi bir andır. Bununla da Dağlıq Qarabağ müharibəsini, Dağlıq Qarabağ separatizmini, Artsax separatizmini, Qarabağdakı erməni separatizmini xatırladan hər şey artıq tarix olmağa başlayır və Azərbaycan həqiqətən də yeni səhifə açır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri