Icma.az
close
up
RU
Minsk qrupu Azərbaycan üçün olmazsa olmaz məsələ deyil POLİTOLOQ

Minsk qrupu Azərbaycan üçün olmazsa olmaz məsələ deyil POLİTOLOQ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bu təşkilat de-yure buraxılmış olsa da, Azərbaycana qarşı düşmənçilik edən qüvvələr yenə də iddialarla çıxış edəcəklər


Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət məsələsini bazarlıq predmetinə çevirmək istəyir


Yaya qədər Ermənistan və Azərbaycan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə ərizə təqdim edəcəklər. Bu barədə “Hraparak” qəzeti iddia ortaya atıb. Qəzetin yazdığına görə, hökumətə yaxın mənbələr bu məsələnin tezliklə həll olunacağını deyirlər. Bir müddət əvvəl Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan da bildirmişdi ki, Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. Qəzet yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin əvvəlində mətbuata verdiyi geniş müsahibədə Minsk qrupunun ləğvi tələbini bir daha səsləndirməsi Nikol Paşinyanı geri çəkilməyə, bu tələblə razılaşmağa məcbur edib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün şərtlərindən biridir. ATƏT-in Minsk qrupunun ləğvi məsələsi konsensusla həll edildiyinə görə, formal olaraq onu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ermənistan rəhbərliyi artıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdığını bəyan edib, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıb. Qarabağ məsələsi həll olunubsa, bu halda Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmır. Yəni Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun. Ötən gün Ermənistan və Rusiya xarici işlər nazirləri - Ararat Mirzoyan və Sergey Lavrov görüşündə bu məsələnin də müzakirə edildiyi deyilir. 


Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət məsələsini bazarlıq predmetinə çevirmək istəyir. Ekspert vurğulayıb ki, sülh sənədinin mətnində razılaşdırılmayan iki bənddən biri - üçüncü qüvvələrin Azərbaycan-Ermənistan sərhədində olmaması ilə bağlıdır və bu, çox strateji məsələdir: 


"Bəziləri bunu sadəcə Avropa Birliyinin "müşahidə missiyası" ilə bağlayırlar. Ancaq bu belə deyil. Bunun əhatəsi daha genişdir. Azərbaycanın üçüncü qüvvələrin sərhəddə yerləşməsinə etiraz etməsi təkcə Avropa ilə bağlı deyil. İranın Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədian Ermənistanda səfərdə olarkən regional olmayan qüvvələrin bölgədə yerləşməsindən narahat olduqlarını bildirdi. Dolayısı ilə həm də Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı ki, əgər söhbət təhlükəsizlikdən gedirsə, İran bu təhlükəsizliyi təmin edə bilər. Yəni İran öz qoşunlarını Ermənistana göndərə bilər. Bəs belə bir vəziyyət Azərbaycanı qane edə bilərmi? Yaxud İrəvan-Moskva münasibətləri düzəlsə, Rusiya KTMT bayrağı adı altında öz qoşunlarını Azərbaycan-Ermənistan sərhədinə göndərsə, bu, bizim üçün məqbul variantdırmı? Bakının kənar qüvvələrlə bağlı tələbi xüsusi olaraq seçilib və Azərbaycanın gələcək təhlükəsizliyi ilə bağlı məsələdir. İrəvan Minsk qrupu ilə bağlı müzakirəyə hazır olduğunu deməklə Azərbaycandan güzəşt istəyir. Yəqin ki, həmin güzəşt də sülh sazişində razılaşdırılmayan iki maddədən biridir. Ancaq düşünürəm ki, bu, Azərbaycan üçün məqbul variant deyil. Ölkəmizin təhlükəsizliyi məsələsi bazarlıq predmeti ola bilməz". 


Analitik əlavə edib ki, ATƏT-in Minsk qrupunun buraxılmasını o qədər də şişirtməyə ehtiyac yoxdur: "Minsk qrupunun fəaliyyət imkanı sıfıra bərabərdir. Üç həmsədr ölkə bu gün qarşılıqlı savaş halındadırlar. Yəni Minsk qrupu Azərbaycan üçün olmazsa-olmaz məsələ deyil. Minsk qrupu de-yure buraxılmış olsa da, Azərbaycana qarşı düşmənçilik edən qüvvələr yenə də konkret iddialarla çıxış edəcəklər. Yenə də "Qarabağ erməniləri" kartını işə salacaqlar. İnanmıram ki, Minsk qrupu məsələsinin həllindən sonra bu təhlükələr aradan qalxacaq. Ermənistan isə hər məsələdə olduğu kimi bu mövzu üzərindən də öz oyununu oynayır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Yanvar 2025 03:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri