Icma.az
close
up
RU
“Azərbaycan Minsk qrupu kimi qondarma qurumu tarixin zibilliyinə göndərdi” AÇIQLAMA

“Azərbaycan Minsk qrupu kimi qondarma qurumu tarixin zibilliyinə göndərdi” AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sülh müqaviləsi yolunda müsbət hesab ediləcək addımla bağlı yanvarın 11-də açıqlama verib. 
O, Ermənistanın Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirdiyini bildirib. 
N.Baqdasaryan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib. 
Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfinin sülh müqaviləsinə mane olmaq cəhdləri artıq demək olar ki, tükənib:
“Dalana dirəndiklərinin fərqindədirlər. Bu baxımdan Baqdasaryanın dediklərini təsadüfi saymıram. Ötən müsahibələrimin hər birində bu ili sülh müqaviləsi yolunda ən uğurlu illərdən biri kimi sanmışam. Nəhayət Azərbaycanın diktəsi və şərtlərinin qəbul olunması çərçivəsində Paşinyanın sülh sənədinə 2025-ci ildə imza atacağını düşünürəm. Azərbaycan bu məqamı hissə-hissə artıq yetişdirib. 
Ermənistanın başqa çıxış yolu qalmayıb. Azərbaycan II Qarabağ savaşındakı parlaq qələbəsinin ardından hissə-hissə yerdə qalan digər milli problemlərini həll etməyə başladı. Bu uğurlarımızı diplomatik masaya da yansıtdıq. Nəticə isə göz qabağındadır. Bir güllə belə atılmadan Ağdam, Laçın və Kəlbəcəri ermənilər boşaltmağa məcbur qaldılar. 2023-cü il 19-20 sentyabrda antiterror tədbiri ilə şanlı Azərbaycan Ordusu Xankəndinə daxil oldu. Ötən il isə, əvvəl rus qoşunları Qarabağdan çıxarıldı, ardınca da Qazaxın 4 kəndini geri qaytardıq. İndi ermənilərdə Qazaxın 3 kəndi və Naxçıvanın 1 kəndi qalıb ki, onların da bu il azad olunacağına inamımız tamdır. Eyni zamanda, 2025-ci il Zəngəzur dəhlizinin açıldığı il kimi tariximizə yazılacağına inanırıq. Bunları ona görə ardıcıllıqla sadaladım ki, artıq sülh müqaviləsinin bağlanması tam olaraq yetişib. Ardıcıllıqla uğurlar qazana-qazana bu yerə gəlib çıxmışıq. Vaxt itirmək olmaz”.  
C.Abbaslı deyib ki, Azərbaycan fürsətdən tam yararlanıb, bu il bu məsələləri tam həll etməlidir:
“Çünki, bir gün belə zamanın uzanması əleyhimizədir. Baqdasaryanın Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları və bunu sülh müqaviləsinə imza atmaqla təsdiqləyəcəkləri barədə söylədikləri erməni hiyləgərliyinin növbəti bariz sübutudur. Çünki indiyə qədər dəfələrlə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib, torpaqlarımız işğal altında olduğu zamanlarda belə. Zatən necə tanımaya bilərlər? 
Bir tərəfdən bunu ifadə ediblər, digər tərəfdən işğalçı siyasət yürüdüblər. İndi də həmçinin. Amma reallıq budur ki, sülh imzalamaqdan boyun qaçıran Ermənistandır. İndiyə qədər sülh müqaviləsinin imzalanmamasına səbəb olan erməni tərəfidir. Hesab edirəm ki, bu açıqlamalar həm də Azərbaycanın Qərbi Azərbaycanla və Zəngəzur məsələsi ilə bağlı atdığı addımlardan sonra ciddi narahatçılıq keçirən erməni iqtidarının təlaşından xəbər verir. Bir növ bu məsələləri arxa baxçaya atmaq istəyirlər. Amma heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan Prezidentinin 31 dekabrda xalqa müraciətində və 8 yanvarda yerli telekanallara verdiyi müsahibədə dedikləri çox sualların cavabı oldu və Ermənistan tərəfdən gələn belə açıqlamalar təsadüf sayıla bilməz".
Siyasi şərhçi Minsk qrupu məsələsinə də toxunub: 
"Azərbaycan dövləti təkcə ərazilərini azad etmədi, həm də Minsk qrupu kimi qondarma qurumu tarixin zibilliyinə göndərdi. Artıq erməni tərəfi görür ki, Minsk qrupu bir daha dirilən deyil, ölü qurum olaraq qalacaq. Ona görə də, guya Minsk qrupu Ermənistana da lazım deyil görüntüsü yaratmağa çalışırlar. Halbuki, bu qurumun yarandığı gündən Azərbaycan torpaqlarını azad edənə qədər oynadığı ermənipərəst mövqeyin hər kəs şahididir. 
Xüsusilə, Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olan Fransanın sərgilədiyi mövqe bu qurumun nə qədər qeyri-ciddi olduğunu dünyaya nümayiş etdirib. Onsuz da ATƏT də nə qədər qeyri-ciddi qurumdur, zaman-zaman bunu görürük. Azərbaycan birmənalı şəkildə Minsk qrupundan imtina edib və Ermənistanın bu barədə guya düşünür kimi görüntü yaratmasının heç bir önəmi yoxdur. Zatən qurumun lap qalması yönündə cəhd etsin, nə dəyişir? Tərəflərdən biri olan qalib Azərbaycan Minsk qrupuna birdəfəlik arxasını çevirib".
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see278

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see231

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see218

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see181

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see179

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see149

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see143

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see135

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see129

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see127

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri