Icma.az
close
up
RU
Enerji bazarlarında SOS siqnalı

Enerji bazarlarında SOS siqnalı

Azvision saytına istinadən Icma.az xəbər verir.

Hörmüzün niyə vacib olduğu artıq geniş auditoriyaya məlumdur,son günlərdə bu barədə o qədər çox danışılıb ki, rəqəmləri və arqumentləri ekspertlər mediadan, media isə ekspertlərdən “copy-paste” edərək eyni sözləri təkrar-təkrar tirajlayıblar və hər kəs aşağı-yuxarı bu rəqəmləri bilir.
Neft və qazla zəngin Yaxın Şərqdə baş verən son gərginlik enerji asılılığı olan ölkələr üçün növbəti SOS siqnalı oldu. Əslində enerji ilə bağlı bu cür gərginlik əvvəllər də baş verib. İlk dəfə 2006-cı ildə qazla bağlı böhran yaşandı. O zaman, Rusiya və Ukrayna arasında qiymət məsələsində razılaşmanın əldə olunmaması nəticəsində “Qazprom” Avropaya qaz axınını dayandırdı. Qış aylarına təsadüf edən bu qərar Avropada ciddi təşvişə səbəb oldu. Xoşbəxtlikdən, böhran diplomatik yollarla həll olundu və hadisədən dərs çıxaran Avropa alternativ təchizat yollarının axtarışına başladı, enerji mənbələrinin şaxələndirməsinə start verdi.
2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi isə Avropa üçün növbəti SOS siqnalına oldu. Bu dəfə təchizat dayandırılmasa da, təhlükə qapının həndəvərində idi. Nəticədə Avropa həm qaz, həm də neft sahəsində asılılığı azaltmaq məqsədilə sanballı müzakirələr təşkil etdi, strateji hədəflər müəyyənləşdirdi. Bu hədəflər sırasında alternativ enerji mənbələrinə iri həcmli investisiyalar və bu sahədə istehlak payının artırılması xüsusi önəmə malikdir. Avropa Komissiyasının 2024-cü ilə dair hesabatına əsasən, Aİ-də elektrik enerjisi istehsalının 52%-i artıq bərpa olunan mənbələr hesabına təmin edilir, 2030-cu ilə qədər bu göstərici minimum 65%-ə çatdırılmalıdır.

Yaxın Şərqdəki gərginlikdən sonra bir çox ölkələr, sözün əsl mənasında, “Google earth”də gözlərini Hörmüz boğazına zillədilər. Bəziləri də əllərinə təsbeh alıb, "bağlanacaq, ya bağlanmayacaq?" sualına cavab axtarmağa çalışdılar. Şükür hələlik boğaz açıqdır və enerji tankerləri normal rejimdə hərəkət edir. Lakin bu vəziyyət belə enerji asılılığı olan ölkələri bir daha papaqlarını qabaqlarına qoyub düşünməyi vadar edir.
Təzyiq artır, baş ağrıyır və artıq belə hallarda nə təzyiq dərmanı, nə də limonlu su kömək edir. Yeganə çıxış yolu alternativ enerjiyə keçidin sürətləndirilməsidir.
Yaxın vaxtlarda bir çox ölkələr büdcələrinin “kisəsini” açaraq alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayacaq. Bu sahədə daxili potensialı olmayan dövlətlər isə bu texnologiyaya malik ölkələrin layihələrinə kapital qoymağa üstünlük verəcəklər.
Paralel olaraq, enerji qiymətlərinin inflyasiyaya təsirini azaltmaq və iqtisadi sabitliyi təmin etmək üçün elektrikli avtomobillərin, eləcə də elektrik əsaslı ictimai nəqliyyatın stimullaşdırılması daha da geniş vüsət alacaq.
Enerji təhlükəsizliyi təkcə enerji ilə bağlı məsələ deyil, bu milli təhlükəsizliyin, iqtisadi davamlılığın və geosiyasi manevr imkanlarının əsas sütunudur. Bu gün enerji bazarlarında baş verən hər bir çırpıntı sabah geosiyasi fırtınaya səbəb ola bilər. Alternativ enerjiyə keçid artıq seçim deyil strateji zərurətdir.
Aqil Məmmədov
AzVision.az üçün
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 İyun 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri