Icma.az
close
up
RU
Dünya üçün “SOS” siqnalı

Dünya üçün “SOS” siqnalı

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil olunan xüsusi sessiyada iştirak ediblər

Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanan xoşməramlı fəaliyyətini həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda getdikcə daha da genişləndirir. Bu günlərdə  Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub. Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Uşaqların çətinliklər və xəstəliklərlə üzləşmələri ürək ağrıdır

Təəssüf doğuran haldır ki, bu gün dünyamızın mənzərəsi bir sıra kədərli reallıqlarla səciyyələnir. Şərqi Avropa, Yaxın Şərq uzanan müharibələr səbəbindən qan gölünə çevrilib. Müharibələrin fəsadları uşaqların həyatında daha ağır formada təzahür edir. Onlar qaçqınlıq, məcburi köçkünlük həyatında ən ağır əzablarla qarşlaşırlar - ac qalırlar, su, geyim tapa bilmirlər. Minlərlə uşağın valideynləri müharibələrdə həyatlarını itiriblər. Amansız döyüşlərə səhnə olan yaşayış məntəqələrinin balaca sakinləri bir sıra hallarda oğurlanaraq naməlum istiqamətlərə aparılırlar və onların sonrakı taleləri məlum olmur. Afrika qitəsinin uşaqları aclıqdan əziyyət çəkirlər. Ayrı-ayrı ölkələrdə uşaqların təhsillə, tibbi xidmətlərə çıxış imkanları hədsiz dərəcədə məhdudur.

Bu kədərli statistikada uşaqların bir sıra ağır xəstəliklərə, o cümlədən də xərçəngə mübtəla olmaları xüsusilə ürək ağrıdır. Hər il fevralın 15-i dünyada Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur. Bu rəmzi gün ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu fevralda qeyd etmək qərara alınıb. Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.

Statistika dəhşət saçır. Uşaq onkoloji xəstəlikləri böyüklərdə rast gəlinən xəstəliklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Mərkəzi sinir sisteminin şişləri və limfomalar da uşaqlarda daha çox yayılan xəstəliklərdir. Çətinlik ondan ibarətdir ki, onkoloji xəstəliklərin 200-dən artıq forması var və xəstəlik hər bir orqanda başlaya bilər.

Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkil olunan xüsusi sessiyada tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus gündəliyə çıxarılan mövzunun bu gün bütün dünyadakı aktuallığından danışıblar.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan və digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edilib ki, sessiyanın təşkilindən əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Problemin aktuallığı ildən-ilə artır. Statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyinə tutulur və onların yarısı dünyasını dəyişir.

Heydər Əliyev Fondunun çoxsaylı layihələri

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xarakterindəki üstün keyfiyyətlər, humanizm hissləri, uşaqlara qayğı onun rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətində də qabarıq şəkildə nəzərə çarpır. 2004-cü il mayın 10-da yaradılan Fond məhz Mehriban xanım Əliyevanın fədakarlığı sayəsində Azərbaycanın ictimai həyatına böyük canlanma gətirən, müxtəlif istiqamətlərdə dövlət siyasətinə güclü dəstək verən bir quruma çevrilib. Biz Heydər Əliyev Fondunun fəaliyyətinin timsalında dövlət-cəmiyyət tərəfdaşlığının gözəl nümunəsini görürük.

Fondun reallaşdırdığı layihələrin bir çoxu məhz uşaqları, böyüməkdə olan nəsli əhatə edir. Fondun uğurla reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ölkəmizdə böyük populyarlıq qazanıb. Son 20 ildən artıq müddətdə respublikamızda təxminən 3500 məktəb tikilərək istifadəyə verilib ki, onların da bir çoxunun inşası məhz Heydər Əliyev Fondunun xətti ilə təmin edilib.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən humanizm qırmızı xətt kimi keçir. O,  uşaqlara, həssas qruplardan olan insanlara münasibətdə xüsusi qayğı, nəvaziş nümayiş etdirir. Biz onun timsalında zərif və xeyirxah Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Mehriban xanım Əliyeva bayramlarda bir qayda olaraq xüsusi qruplardan olan uşaqların əhatəsində olur, onlar üçün klounların, sevilən müğənnilərin iştirakı ilə şənliklər təşkil edir, internat məktəblərinə baş çəkir, səhiyyə ocaqlarına gələrək daun sindromlu, talassemiyalı xəstələri yoluxur. Onun ana nəvazişinə həsrət qalan uşaqlar üçün tort bişirib hədiyyə etdiyi də minnədarlıq hissi ilə xatırlanır. İndiyədək Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib.  Bütövlükdə bu binalarda 365 gənc hər cür rahatlığı olan mənzillərlə təmin olunub.

Heydər Əliyev Fondu həmçinin səhiyyə sahəsində də ardıcıl olaraq layihələr həyata keçirir. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı təkcə talassemiyalı xəstələr, onların doğmaları tərəfindən deyil, bütün respublika ictimaiyyəti, beynəlxalq təşkilatlar tərəfindən də böyük rəğbət və razılıqla qarşılanıb.

2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda həmin klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir.

Əlamətdar haldır ki, Heydər Əliyev Fondu belə layihələri həmçinin ölkəmizin hüdudlarından kənarda da uğurla reallaşdırır. Buna ən son nümunə cari il sentyabrın əvvəlində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası arasında  imzalanan əməkdaşlığa dair anlaşma memorandumudur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri