Icma.az
close
up
RU
Azərbaycan üçün strateji əhəmiyyətə malik layihə

Azərbaycan üçün strateji əhəmiyyətə malik layihə

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

“Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılmasına başlanılır

Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream - yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı “TotalEnergies” şirkətinin Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon bildirib ki, Xəzərdə ən perspektivli bloklardan biri olan “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin növbəti mərhələsi çərçivəsində 3 yeni quyu qazılacaq. Bu, Azərbaycanda qaz hasilatında əhəmiyyətli hasilat artımı üçün yeni dövrün başlanması deməkdir. Çünki Xəzər dənizində “Şahdəniz”dən sonra ikinci böyük qaz yatağı olan “Abşeron” Azərbaycanın qaz sənayesinin və xaricə nəql potensialının ən dayanıqlı mənbələrindən hesab edilir.

Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu proqnozalşdırılır. “Abşeron”ın işlənməsinə dair hasilat işləri 2009-cu ildə Fransanın “Total” şirkəti ilə SOCAR arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının əldə edilməsinə dair imzalanmış sazişə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin şirkəti də bu prosesə cəlb olunub. Hazırda SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 faiz təşkil edir.

Üç il əvvəl başlayan uğurlu mərhələ

Tərəfdaş şirkətlər üç il əvvəl layihənin birinci mərhələsinə start verilməklə hasilata başlayıb, eyni zamanda, yatağın geoloji kəşfiyyat işlərini davam etdirib və digər sahələrdə daha yaxşı və ümidverici blokların olduğunu aşkar ediblər. Cənab Guillebonun vurğuladığı kimi proqnozlar gözləntilərdən daha yaxşıdır və hasilatın sabit şəkildə davam etməsi ikinci mərhələnin həyata keçirilməsi üçün tam əsas yaradır. Mövcud dəyərləndirmələrə uyğun olaraq “TotalEnergies” ADNOC və SOCAR-la sıx əməkdaşlıq şəraitində ikinci mərhələnin layihələndirmə və mühəndislik işlərini tamamlayıb. Hazırda icra mərhələsi üzrə tender prosedurları həyata keçirilir və layihənin icrasına bu ilin sonunadək başlanması planlaşdırılır.

“Abşeron”da hasilatın ikinci mərhələsi konsepsiyası da sualtı işlənmə modelinə əsaslanır. Layihə çərçivəsində 3 yeni quyu qazılacaq. Yeni quyular sahildən təxminən 140 kilometr məsafədə yerləşəcək və hasilat birbaşa sahilə nəql ediləcək. Layihədə əlavə hasilat platformalarının tikintisi nəzərdə tutulmur. Quyular birbaşa sualtı infrastruktur vasitəsilə sahilə bağlanacaq. Bu məqsədlə quyuları əsas boru kəmərinə birləşdirən geniş sualtı infrastruktur sistemi qurulacaq. Hasil edilən qaz və kondensatın eyni xətt üzrə daşınmasını təmin etmək üçün çoxfazalı nəql sistemi seçilib. Layihənin maraqlı tərəflərindən biri odur ki, boru kəmərinin istilik izolyasiyası minimum səviyyədə nəzərdə tutulub. Bu yanaşma layihənin kapital xərclərini əhəmiyyətli dərəcədə azaldır. Hər bir quyunun gündəlik hasilat potensialı təxminən 40 min barel neft ekvivalenti təşkil edəcək. Bunun təxminən 30 faizi kondensat, 70 faizi isə təbii qaz olacaq.

Türkiyəyə 33 milyard kubmetr qaz nəql olunacaq

Beləliklə, yaxın zamanlarda “Abşeron” yüksək kondensat tərkibli qaz yatağı olmaqla, “Şahdəniz”dən sonra Türkiyə və Avropaya qaz nəqlinin əsas ünvanına çevriləcək. Yanacağın böyük bir hissəsi TANAP xətti ilə qardaş ölkəyə çatdırılacaq. Qeyd edək ki, Türkiyənin “BOTAŞ”, Fransanın “TotalEnergies” və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə SOCAR arasında imzalanmış qaz təchizatına dair müqaviləyə əsasən, “Abşeron” yatağına yatırılacaq investisiyalar paketi müəyyənləşib. Həmin sərmayələr çərçivəsində ?asilatın artırılması və 2029-cu ildən başlayaraq 15 illik müddət ərzində illik 2,5 milyard kub.metr olmaqla, Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qaz nəql olunması nəzərdə tutulur.

SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib ki, “Abşeron” Azərbaycan üçün strateji əhəmiyyətə malik iri qaz-kondensat layihəsidir. Bu layihə çərçivəsində əsas məqsədlər ilk qazın hasilatını sürətləndirmək, yatağın son bərpa əmsalını artırmaq, işlənmə konsepsiyalarını sadələşdirmək və ən əsası kapital intizamını qorumaqdır. SOCAR və operator tərəfdaşlarımızla birlikdə çalışırıq ki, bu layihələr təkcə şirkətlər üçün deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün səmərəli olsun. Bunun üçün layihələr daha sadə, daha sürətli və daha rasional maliyyə modeli əsasında həyata keçirilməlidir. B.Hüseynov vurğulayıb ki, tərəfdaşlarla birlikdə həyata keçirilən yeni layihələr gələcək perspektivlərə nikbin baxmağa əsas verir.

Növbəti mərhələdə bu yatağın resursları TAP-la da nəql ediləcək. Bu baxımdan Avropa regionu ölkələri dünyada qaza olan tələbatın artdığı bir dövrdə “Abşeron” qaz yatağının zəngin resurslarına ümidlə yanaşır, ikinci mərhələnin başlanmasını sevinclə qarşılayır. Xüsusilə də, Mərkəzi-Şərqi Avropa ölkələri bu amilin özlərinin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcəyinə əminlik ifadə edir. Bir məqamı da nəzərə almaq lazımdır ki, “Abşeron” bloku Xəzərdə qaz hasilatı sənayesi üçün sonuncu perspektiv mənbə deyil, Azərbaycanın digər qaz yataqları da mövcuddur ki, onların da hasilat prosesinə cəlb edilməsi işləri davam etdirilir.

“Qarabağ”, “Babək”, “Naxçıvan”, “Ümid”, “Şəfəq-Asiman”...

Yeni inkişaf layihələrindən danışarkən “Qarabağ” yatağını da qeyd etmək vacibdir. “Qarabağ” layihəsi tamamilə fərqli yanaşmanı nümayiş etdirir. Burada yeni platformaların qurulmasından daha çox, mövcud infrastrukturun imkanlarından istifadə etməklə sualtı birləşmələr və çevik inkişaf konsepsiyaları tətbiq olunur. Əslində bu yanaşma yeni deyil, lakin mövcud infrastruktura inteqrasiya olunmuş inkişaf modeli kimi xüsusi əhəmiyyət daşıyır. Bu model layihələrin icra müddətini qısaldır və hasilatın daha sürətli başlanmasına imkan yaradır. Bütün bunlarla yanaşı, texnologiyanın rolu getdikcə artır. Bu gün sənaye çoxşaxəli quyular, süni intellekt əsaslı seysmik təsvir texnologiyaları və rəqəmsal yataq idarəetmə sistemləri ilə tamamilə yeni mərhələyə qədəm qoyur.

Həmçinin, Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır. Bu isə Azərbaycanın qaz ehtiyatları ilə bağlı proqnozların daha böyük olmasına dəlalət edir. İndiyədək respublikamızın  qaz ehtiyatları 3-4 trilyon kubmetr təsdiq edilmişdisə, bundan sonra bu proqnoz dəyişərək 5-6 trilyon kubmetr güman olunur.

Avropa ölkələri artıq tam əminliklə 5-10 ildən sonra öz qaz ehtiyaclarının əhəmiyyətli hissəsinin Azərbaycanın nəhəng qaz yataqları - “Şahdəniz”, “Ümid”, “Abşeron” və “Alov” blokları hesabına təmin olunacağına arxayındır.

Bu hadisə Azərbaycanın qaz ixrac edən ölkələrin sırasında mövqeyini daha da möhkəmləndirəcək. Yeni qaz bumunun başlanması respublikamızın diversifikasiya siyasətinin genişlənməsi və yeni ixrac marşrutlarının yaranması üçün əlverişli zəmin yaradacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 İyun 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see329

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see327

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see319

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see280

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see268

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see251

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see247

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see239

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see231

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see229

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see223

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see222

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see213

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see212

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see209

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see202

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see201

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see197

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see196

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri