Icma.az
close
up
RU
Azərbaycan üçün sülh nədir? ŞƏRH

Azərbaycan üçün sülh nədir? ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirmişdir. Əlbəttə ki, sözügedən mesaj daha çox xarici auditoriyaya ünvanlanıb. Prezidentin bu sözləri həm də regionumuzda maraqları olan dövlətlərə geosiyasətlərində düzəlişlər etmələrinə dair açıq çağırışdır. Bəli, tarixi Zəfərimiz yeni reallığın tərkib hissəsidir, bu reallığın səbəbkarı xarici ölkələr və ya beynəlxalq təşkilatlar deyil. Tam əksinə, onlar 30 il davam edən vəziyyəti, o cümlədən işğal faktını daha neçə illər “dondurub” saxlamaq niyyətində idilər. Əks halda, BMT-nin məlum qətnamələri bu müddət ərzində kağız üzərində qala bilməzdi. Əlbəttə, onu da unutmaq olmaz ki, regionda öz mövcudluğunu qoruma məsələsi Qərb geosiyasətinin strateji maraqlarına daxildir və bu fikir bizim üçün heç də yenilik deyil.Bu fikirlər politoloq Asif Adilin “Azərbaycan üçün sülh nədir?” sərlövhəli məqaləsində yer alıb. SİA məqaləni təqdim edir.Heç şübhəsiz ki, qeyd olunanlar müstəvisində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri kifayət qədər əlamətdar hadisədir. Səfər zamanı Almaniya Prezidenti öz bəyanatında səsləndirdiyi növbəti fikir isə bir çox qərəzli manipulyasiyalara son qoyur: “Dediyim kimi, biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər.” . Əlbəttə ki, bu cür etiraflar, eyni zamanda, Azərbaycan diplomatiyasının uğuru deməkdir. Ümumiyyətlə, sözügedən səfər və bu cür etiraflar Azərbaycanı Qərb və ya Qərbin sanksiyaları ilə qorxutmaq istəyən Emmanuel Makron kimi ucuz populizm ilə məşğul olan bəzi Avropa siyasətçiləri üçün mükəmməl cavabdır.Bəli, sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır, bu yolverilməzdir. Mövcud kontekstdə hələ 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlər mütləq olaraq yada salınmalıdr: “Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi...” (Yeni Azərbaycan Partiyasının VII qurultayı, 05.03.2021). Dövlətimizin başçısının bu sözlərində mövzu ilə bağlı yarana biləcək bütün suallara cavab tapmaq mümkündür. Odur ki, radikal təfəkkürlü və sözün əsl mənasında adekvatlığını itirmiş bəzi siyasətciklərin sülh müqaviləsi ətrafında ucuz demaqogiya aparması sadəcə öz dövlətinə qarşı olan açıq nifrətdən qaynaqlana bilər.Aydındır ki, “sülh müqaviləsi” forma etibarı ilə hüquqi prosedurdır. Müqavilənin məzmununu isə qarşıda dayanan siyasi hədəflər müəyyən edir. Məhz elə bu səbəbdən də ilk növbədə müqaviləni imzalayacaq tərəflər arasında “sülh” məfhumu ilə bağlı olan təsəvvürlərdəki fərq aradan qaldırılmalıdır. Daha aydın ifadə etsək, müqavilənin imzalanması üçün “Azərbaycan üçün sülh nə deməkdir?” və “rəsmi İrəvan üçün sülh nə deməkdir?” suallarına veriləcək cavabların uyğunlaşdırılması mütləq şərtdir. Bütün digər hüquqi və normativ təfərrüatlar isə “texniki” məsələlərdir.Bildiyiniz kimi, aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, habelə jurnalistlərin suallarını cavablandırıblar. Sözügedən mətbuat konfransı zamanı dövlətimizin başçısı Azərbaycan və Ermənistan üçün “sülhün” məzmununda olan fərqi olduqca aydın şəkildə aşkar etdi. Həmin cümlələrə diqqət yetirək: “Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir” və “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir.”Belə ki, ATƏT-in Minsk qrupu məhz o beynəlxalq “vasitəçilik” institutudur ki, 30 il ərzində münaqişənin həlli ilə yox, onun dondurulması ilə məşğul olub. Həmin “sülh” qrupunun “göyərçini” olan Fransa isə bu gün Ermənistanı sürətlə silahlandırır və öz davranışı ilə regionda yeni münaqişəni təhrik edir. Digər prinsipial məsələ odur ki, Azərbaycanın tarixi torpaqlarına öz konstitusiyasında açıq iddiaları olan bir dövlət ilə dayanıqlı sülhün mövcudluğu apriori olaraq mümkünsüzdür. Bu cür müddəaların konstitusiyada mövcudluğu dərin basdırılmış mina kimi dəyərləndirilməlidir.Açıq ərazi iddiaları ilə bağlı olan müddəaların konstitusiyada mövcudluğu regionda istənilən an yeni hərbi münaqişənin başlanılması ehtimalı deməkdir. Bu bəsit həqiqətləri hər kəs bilməli və məsələ ilə bağlı ucuz manipulyasiyalara son qoyulmalıdır. Azərbaycan həm Qalib ölkə olaraq, həm tarixi ədalət baxımından artıq Ermənistana heç bir güzəştə gedə bilməz və sülh müqaviləsinin mətni heç bir halda siyasi auksion predmeti ola bilməz.Odur ki, rəsmi İrəvan üçün “sülh” ilk növbədə “Böyük Ermənistan xülyası”nın reanimasiyası və davamı deməkdirsə, Azərbaycan üçün isə “sülh” bütün regionun dayanıqlı inkişafının zəmanətidir. Beləliklə, Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətinə iki “sülh” paradiqmasını təqdim edir: “Azərbaycanın bütün regionun dayanıqlı inkişaf paradiqması” və “Ermənistanın regionu yeni münaqişə ocağına çevirən və onu digər ölkələrdən asılı edən “sülh” paradiqması”. Odur ki, top indi nəinki Ermənistanın tərəfindədir, top indi, eyni zamanda, beynəlxalq ictimaiyyətin tərəfindədir. Sülh, inkişaf, sabitlik və əməkdaşlığın tərəfində dayanan beynəlxalq ictimaiyyət mütləq olaraq Azərbaycanın sülh paradiqmasını seçməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see323

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see249

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see240

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see236

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see236

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see196

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see196

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see179

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see175

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see173

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see170

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see166

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see161

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see161

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see160

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see158

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see157

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see157

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see153

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri