Icma.az
close
up
RU
TDT nin Azərbaycan üçün əhəmiyyəti nədir? ŞƏRH

TDT nin Azərbaycan üçün əhəmiyyəti nədir? ŞƏRH

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 6-7-də Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşü keçiriləcək. Bu dəfə Qəbələdə təşkil olunacaq zirvə toplantısı “regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunacaq. Mühüm tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər. Bu zirvə görüşünün Azərbaycan üçün əhəmiyyəti nədir?

Politoloq Yusif Bağırzadə Metbuat.az-a açıqlamasında bildirib ki, TDT türk dövlətləri arasında iqtisadi, sosial, mədəni əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından çox əhəmiyyətlidir:

“Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən və qurucu üzvlərindən biri olmaqla bu prossedə olduqca yaxından iştirak edir. Bu da təbiidir. Çünki cənab Prezidentin 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında dediyi kimi, “TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”. Beynəlxalq aləmdə davam edən ictimai-siyasi proseslər fonunda, bu qəbildən olan tədbirlərin keçirilməsinin Türk dünyası üçün olduqca böyük əhəmiyyəti var. 16 il əvvəl Naxçıvanda əsası qoyulan və hazırda TDT olaraq fəaliyyət göstərən təşkilat yarandığından keçən dövr ərzində olduqca səmərəli fəaliyyət göstərərək birlik istiqamətində çox önəmli addımlar atıb. Keçən dövr ərzində demək olar ki, bütün sahələrdə, istər mədəni, humanitar, istərsə də iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində bir çox nailiyyətlər əldə olunub”.

Y.Bağırzadə qeyd edib ki, ölkəmiz təşkilatın yaradılmasında yaxından iştirak etdiyi kimi, TDT-nin güclənməsində və dünya arenasında layiqli yer tutmasındakı fəaliyyətdə də xüsusi olaraq seçilib:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir. Azərbaycan Respublikasının TDT-yə üzv və müşahidəçi dövlətlərin əksəriyyəti ilə strateji müttəfiqlik və ya strateji tərəfdaşlıq münasibətlərinə malik olması təşkilat çərçivəsində həmin ölkələrlə siyasi, milli təhlükəsizlik, mülki müdafiə, iqtisadi-ticarət, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəniyyət, urbanizasiya, din, humanitar, səhiyyə, təhsil, gənclər və idman, turizm, informasiya texnologiyaları, kosmik tədqiqatlar, media, hüquq, ədliyyə və məhkəmə daxil olmaqla, bir çox sahələrdə çoxtərəfli əməkdaşlığa zəmin yaradır”.

Politoloqun sözlərinə görə, Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı və ümumilikdə Türk dünyasının birliyi tarixi, mədəni və strateji əhəmiyyət kəsb edir:

“Türk dövlətləri ilə əlaqələrin dərinləşməsi, sosial-iqtisadi sahələrdə əməkdaşlığın artırılması, strateji layihələrin həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqelərini gücləndirib. Eyni şəkildə TDT ölkələri ilə enerji, nəqliyyat, maliyyə, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq Azərbaycana xarici ticarət həcmini artırmağa və regional sabitliyə töhfə verməyə imkan verib. Bunun nəticəsidir ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına və türk birliyi idealına dəstək verməsi strateji çəkiyə malikdir. Bu birlik həm regional, həm də qlobal miqyasda Azərbaycanın maraqlarına tamamilə cavab verməklə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu gücləndirir. Ümumilikdə isə bu gün hər kəs Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzinə çevrilməsi üçün potensiala malik olduğunu açıq şəkildə etiraf edir və bu gücün bir parçası olmaq ölkəmiz üçün olduqca əhəmiyyətlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see289

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see286

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see268

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see258

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see254

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see254

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see245

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see243

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see235

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see216

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see205

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see201

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see195

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see194

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see190

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see189

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see182

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see180

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see175

Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü

04 Sentyabr 2026 18:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri