Icma.az
close
up
RU
Azərbaycan üçün yeni siyasi mərhələ: Rəsmi Bakı mövqelərini möhkəmləndirir

Azərbaycan üçün yeni siyasi mərhələ: Rəsmi Bakı mövqelərini möhkəmləndirir

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlərdə ardıcıl olaraq Azərbaycanla bir neçə ölkə arasında mühüm sənədlər imzalanıb, ölkələr arasında münasibətlər yeni və daha yüksək mərhələyə qədəm qoyub. Bəs Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilən əlamətdar hadisələr rəsmi Bakının beynəlxalq əlaqələrindəki dəyişikliklər və ölkəmizin daha da inkişaf etməsi baxımından nə qədər əhəmiyyətlidir?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nigar Məmmədova Azərbaycanın xarici siyasətinin hər zaman bütün tərəfdaşlarla normal, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutduğunu deyib:

"44 günlük Vətən müharibəsindən sonra isə regionda formalaşan yeni reallıqlar həm də yeni əməkdaşlıq imkanları yaradıb. Digər tərəfdən, dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan etibarlı, ən əsası isə proqnozlaşdırılabilən tərəfdaş kimi diqqəti cəlb edir. Məhz bu səbəbdən dünyanın iqtisadi nəhəngi sayılan Çinin Cənubi Qafqazda seçimi Azərbaycandır. Cənab Prezidentin Çinə dövlət səfəri ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Səfər zamanı imzalanmış vacib sənədlər rəsmi Pekinin Bakı ilə uzunmüddətli perspektivdə əməkdaşlığı davam etdirmək niyyətinin göstəricisi, həmçinin ölkəmizin Şərq və Qlobal Cənub istiqamətində artan uğurlu əməkdaşlığının əyani təsdiqidir".

"Eyni zamanda, cənub qonşumuz İran da bu vaxta qədər baş verən bütün gərginliklərə rəğmən, Azərbaycanla münasibətlərin normal məcrada inkişafında maraqlıdır. Bu ölkənin Prezidenti Məsud Pezeşkian Bakıda bəyan etdi ki, "Biz bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun". Yəni rəsmi Tehran da etibarlı tərəfdaş kimi Azərbaycana önəm verir. Hətta İran şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb olunması da gündəlikdədir. Ümumilikdə, qonşu dövlətlərlə normal münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Bu gün Türkiyə, Rusiya, Gürcüstanla yüksəksəviyyəli əlaqələr mövcuddur. Həmçinin İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün artıq heç bir maneənin olmadığını deyə bilərik", - deputat vurğulayıb.

Müsahibimiz xatırladıb ki, Gürcüstan prezidenti də ilk xarici səfərini məhz Azərbaycana etdi və bu, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakterini göstərdi:

"Həmçinin Belarusun yeni Baş naziri Aleksandr Turçinin ölkəmizə səfəri də rəsmi Minskin Bakı ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu göstərir. Azərbaycanla Belarus arasında əlaqələr hər zaman möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanıb. A.Turçinin baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsi isə sıx tərəfdaşlıq münasibətlərinin göstəricisidir. Bütün bu səfərlər və dinamika rəsmi Bakının regional, qlobal məsələlərdə artan nüfuzunu, Qafqaz və Xəzər dənizi regionunda aparıcı aktor olmasını nümayiş etdirir. Eyni zamanda, etibarlı tərəfdaş kimi Azərbaycanın mövqelərini möhkəmləndirir".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 May 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see211

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see188

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see188

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see171

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see137

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see133

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see133

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see131

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see131

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see130

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see128

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see127

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri