Icma.az
close
up
RU
Azərbaycan mediası üçün yeni mühüm mərhələ

Azərbaycan mediası üçün yeni mühüm mərhələ

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır. Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Qeyd olunub ki, Media və Yayım Şurası Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq.

Bunu zəruri edən bir sıra səbəblər mövcuddur. İlk növbədə vurğulamaq lazımdır ki, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulub. Bu iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasından irəli gəlir. Digər tərəfdən, medianın inkişafı, onun müasir dövrün tələblərinə, çağırışlarına cavab verməsi hər zaman dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri olub. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müasir, müstəqil medianın formalaşması, inkişafı üçün bir sıra addımlar atılıb, bütün imkanlar yaradılıb. 1998-ci ildə senzuranın ləğvi həmin addımlardan biri idi və bu, söz, fikir azadlığının təminində, müstəqil mətbuatın inkişafında əsaslı dönüş nöqtəsinə çevrildi.

Qeyd olunan istiqamətdə aparılan siyasət müasir dövrün çağırışlarına uyğun olaraq bu gün də davam edir. Xüsusilə Azərbaycanın Vətən müharibəsindəki böyük Zəfərindən sonra media siyasətində də yeni mərhələnin əsası qoyuldu. Prezident İlham Əliyev media sahəsində islahatların dərinləşməsi təşəbbüsü ilə çıxış edib. Zəfərimizdən dərhal sonra bu zəruri addımın atılması təbii ki, ölkədə medianın inkişafının dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Azərbaycan Prezidenti medianın inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayıb və öz qayğısını əsirgəməyib.

Bu gün informasiya təhlükəsizliyi hər bir dövlətin təhlükəsizliyində vacib rol oynayır. Ona görə də informasiya təhlükəsizliyinin təmini, informasiya məkanının yeni çağırışlara uyğun şəkildə formalaşdırılması qaçılmazdır. Burada əlbəttə ki, milli maraqların qorunması da ön sırada yer alır.

44 günlük müharibədə Azərbaycanın təkcə döyüş cəbhəsində deyil, informasiya cəbhəsində də döyüşməsi, bütün “feyk” informasiyalara qarşı öz həqiqətlərini güclü şəkildə ortaya qoyması və üstünlüyü ələ alması bir daha medianın rolunu, ölkəmizdə  media siyasətinin düzgün qurulduğunu nümayiş etdirdi. Məhz bu baxımdan sonrakı dövrdə medianın institusional inkişafına xüsusi diqqət ayrılması strateji zərurət kimi qiymətləndirilə bilər.

Azərbaycanda həyata keçirilən media islahatlarının “yol xəritəsi” olan “Media haqqında” Qanun keçən dövr ərzində ölkənin informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində öz praktik əhəmiyyətini təsdiqləyib. Cəmiyyətin müasir tələbləri və sürətli texnoloji inkişafın standartları ilə səsləşən media islahatları ölkənin informasiya mühitini sağlamlaşdırmağı, media subyektlərinin rəqabətə davamlılığının artırılmasını və müstəqiliyinin möhkəmləndirilməsini hədəfləyərək özündə sistemli yanaşmanı əks etdirir. Rəqəmsal ekosistemin tələblərinə uyğun olaraq milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Qlobal konvergensiya prosesi nəticəsində müxtəlif media platformaları arasında keçidlər sürətlənib, auditoriyanın informasiya istehlakı vərdişləri dəyişib. Belə şəraitdə ayrı-ayrı sahələr üzrə fərqli yanaşmaların tətbiqi effektiv nəticə vermir. Bunun əvəzində bütün informasiya sisteminə vahid baxışın formalaşdırılması daha aktual görünür.

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda media sahəsindəki islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulub. Buna görə də iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması təklif olunur. Media və Yayım Şurası ilə bağlı vəzifə və öhdəliklərin “Media haqqında” Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən ən effektiv demokratik mexanizmdir.

Beynəlxalq təcrübəyə nəzər salanda, oxşar modellər özünü göstərir. Yəni media sahəsində tənzimləmə və inkişaf funksiyaları vahid və ya əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilir ki, bu da daha effektiv nəticələr verir. Məsələn, Böyük Britaniyada Ofcom yayımın tənzimlənməsi, rəqəmsal media mühitin nizamlanması və media istifadəçilərinin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir. Fransada isə CSA (hazırda ARCOM) audiovizual sektorun tənzimlənməsi ilə yanaşı, rəqəmsal platformalara münasibətdə nizamlamanı da təmin edir. Bu kimi modellər göstərir ki, kollegial idarəetmə prinsiplərinin tətbiqi və vahid yanaşmanın formalaşdırılması media sahəsində səmərəliliyi artırmaqla ictimai etimadı da möhkəmləndirir.

İnformasiya siyasətində dövlətin vahid institusional yanaşması öz növbəsində ölkənin informasiya məkanını çirkləndirmə cəhdlərinin, habelə dezinformasiya dalğasının təsirlərinin azaldılması və bu kimi neqativ hallara qarşı mübarizənin daha effektiv və mərkəzləşdirilmiş formada aparılmasına imkan verəcək.

Qanunda nəzərdə tutulan dəyişikliklər daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə, milli məhsul istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihənin təqdimatı zamanı Şuraya verilən yeni səlahiyyətlər barədə deyib: “Konkret olaraq, Şuraya verilən yeni səlahiyyətlər belədir media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi, dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması üçün təlimlər və seminarların təşkil edilməsi, cəmiyyətdə baş verən hadisələrin və dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv işıqlandırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi, dezinformasiyanın yayılmasının qarşısının alınması, aşkarlanması və qiymətləndirilməsi istiqamətində tədbirlərin görülməsi, dövlət orqanları ilə birgə operativ əlaqələndirmə mexanizmlərinin qurulması; informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyin öyrənilməsi”.

Göründüyü kimi, qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər təkcə idarəetmədə özünü göstərməyəcək, eyni zamanda bir sıra digər islahatları da təmin edəcək. Burada medianın daha da inkişafı, yeni çağırışlara uyğunlaşması, gücləndirilməsi, jurnalistlərin peşəkar fəaliyyətinin artırılması və digər məsələlər hədəflənir.

Əsas dəyişikliklərdən bir də Media Reyestri ilə bağlıdır. Belə ki, məqsədi media subyektlərinə və onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatları sistemləşdirmək olan Media Reyestrinə jurnalistlərin daxil edilməsi və müvafiq vəsiqə ilə təmin olunmaları qanuna dəyişikliklərdən sonra ödənişsiz əsasda həyata keçiriləcəkdir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “525”ə şərhində bildirib ki, bənzər funksiyanı həyata keçirən subyektlərin birləşməsi daha səmərəli fəaliyyətin təşkili üçün olduqca vacibdir. Onun sözlərinə görə, nəticə etibarilə söhbət ölkənin informasiya siyasətindən və onun keyfiyyətindən gedirsə, burda informasiya subyektləri və onların funksiyalarına konseptual yanaşma lazımdır.

“Belə olan halda, biz görəcəyik ki, Audiovizual Şura da, Medianın İnkişafı Agentliyi də müxtəlif seqmentlər üzrə informasiya siyasətinin müəyyənləşdirilməsi, onun izlənilməsi, informasiyanın idarəedilməsinin səmərəli formasının tapılmasına xidmət edir. Əlbəttə ki, birlikdə fəaliyyət daha operativ və daha keyfiyyətli idarə etmək üçün yaxşı əsaslar yarada bilər. Üstəlik, hazırkı mərhələdə medianın əsas funksiyalarından biri də analitik təhlil aparmaq, ictimai rəyi öyrənmək funksiyasıdır”, - deputat deyib.

O əlavə edib ki, bu gün hazırkı informasiya cəmiyyətində media subyektləri yeni keyfiyyətlər qazanırlar: “Ona görə də düşünürəm ki, bir müddət əvvəl Sosial Tədqiqatlar Mərkəzinin də bu islahatlar prosesinə cəlb olunması ən doğru addım idi. Nəticədə biz daha çevik və daha səmərəli fəaliyyət göstərən bir subyekt yarada biləcəyik və bu, subyekt informasiya münasibətlərini tənzimləyəcək, onun keyfiyyətini müəyyən edəcək. Buna görə də hesab edirəm ki, belə bir addım atılması zəruridir, çünki yekunda eyni siyasətin daha səmərəli formada həyata keçirilməsinə gətirib çıxaracaq”.

PƏRVANƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2026 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri