Icma.az
close
up
RU
Enerji diplomatiyasında yeni era: Azərbaycan strateji mövqelərini möhkəmləndirir

Enerji diplomatiyasında yeni era: Azərbaycan strateji mövqelərini möhkəmləndirir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı və istiqamətləri də genişlənir və bu kontekstdə Türkiyə ilə bağlanacaq yeni müqavilələr xüsusilə perspektivlidir".

Bunu Oxu.Az-a açıqlamasında deputat Aydın Hüseynov Bakı ilə Ankara arasında ümumi həcmi 33 milyard kubmetr olan yeni təbii qaz təchizatı müqaviləsi üzrə razılıq əldə olunması barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın dediklərini şərh edərkən bildirib.

Deputat qeyd edib ki, Azərbaycan son illər enerji siyasəti üzrə xüsusilə mavi yanacağa dair ixrac coğrafiyasını və onun həcmini ardıcıl şəkildə genişləndirir. A.Hüseynovun sözlərinə görə, hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu siyahı mərhələli şəkildə böyüməkdədir. Bu sahədə Azərbaycanın ən etibarlı və əsas tərəfdaşlarından biri məhz qardaş Türkiyədir:

"Azərbaycan enerji resurslarının dünya bazarına çıxarılmasında Türkiyə strateji rol oynayır. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi əsas enerji layihələri Türkiyə ərazisindən keçir. Eyni zamanda Azərbaycan birbaşa olaraq da Türkiyəyə mavi yanacaq ixrac edir və bu əməkdaşlıq getdikcə daha da dərinləşir".

Aydın Hüseynov vurğulayıb ki, Azərbaycanın mövcud qaz potensialı bu sahədə ixrac imkanlarından daha səmərəli istifadə etməyə şərait yaradır:

"Abşeron yatağında yeni sahələrin istismara verilməsi hasilatın artmasına imkan yaradacaq. Paralel olaraq, yaxın gələcəkdə yaşıl və bərpa olunan enerji layihələri hesabına ölkənin daxili tələbatının bir hissəsi alternativ mənbələrlə ödəniləcək. Bu isə mavi yanacaq üzrə qənaətin yaranmasına və həmin həcmlərin ixraca yönəldilməsinə imkan verəcək".

İqtisadçı Xalid Kərimli isə Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlıq çoxşaxəlidir və bir neçə istiqaməti əhatə edir.

Onun sözlərinə görə, bu əməkdaşlıq təkcə qazın satışı ilə məhdudlaşmır. Eyni zamanda qazın Türkiyə üzərindən Avropaya tranziti və Naxçıvanın qazla təminatı da bu çərçivəyə daxildir:

"Bizim enerji əməkdaşlığımızın əsas layihələri - Bakı-Ceyhan neft kəməri, eləcə də Cənub Qaz Dəhlizi Türkiyə ilə birbaşa bağlıdır. TANAP bu dəhlizin əsas elementlərindən biridir və Türkiyə üzərindən keçərək qazın Avropaya paylanmasını təmin edir".

Xalid Kərimli əlavə edib ki, Türkiyə ölkəmizdən əsas qaz alıcılarından biridir və Azərbaycan qazını dünya bazarından daha güzəştli qiymətlərlə əldə edir:

"Bu, Türkiyə üçün iki baxımdan vacibdir: Birincisi, daha ucuz enerji əldə edir, ikincisi isə enerji təhlükəsizliyi və tədarükün diversifikasiyası təmin olunur. Bir mənbədən asılılıq həmişə risklidir. Azərbaycan qazı Türkiyənin ümumi tələbatını tam ödəməsə də enerji balansında mühüm və strateji əhəmiyyət daşıyır".

Elmidar Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Yanvar 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri