Icma.az
close
up
RU
Azərbaycan uğurlu xarici siyasət kursu ilə qlobal arenada etibarlı tərəfdaşa çevrilib

Azərbaycan uğurlu xarici siyasət kursu ilə qlobal arenada etibarlı tərəfdaşa çevrilib

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, Azərbaycanın strateji tərəfdaşı Qazaxıstanla əlaqələri çox önəmlidir. Azərbaycan və Qazaxıstan Liderləri dəfələrlə qarşılıqlı səfərlər edir, müxtəlif beynəlxalq tədbirlərdə görüşürlər. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin inkişafına müstəsna töhfə verib.

Növbəti görüş oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxstan Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatda ölkələrimiz arasında imzalanmış sənədlərin yalnız iki dövlətin deyil, bütövlükdə Avrasiya coğrafiyasının maraqlarına xidmət göstərəcəyini də xüsusi qeyd etdi: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq.Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilib. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.Səfər şərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı oldu. Bu layihə Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz və Avropa istiqamətində beynəlxalq nəqliyyat marşrutunun səmərəliliyini artırmağı hədəfləyir. Layihə üzrə yaxın illərdə daşınan yüklərin həcminin üç dəfə artacağı proqnozlaşdırılır. Azərbaycan bu dəhlizdə əsas körpü rolunu oynayır. Xəzər dənizindəki limanlar, Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin Naxçıvanın gələcək tranzit potensialı layihənin əsas komponentləri sırasındadır.Dövlət başçısı İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası bir daha iki ölkənin əlaqələrinin inkişafının, ikitərəfli gündəliyinin zənginliyini və qarşıdakı dövrün hədəflərini açıqladı. Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini qeyd edi və vurğuladı ki, biz bu dəstəyi həm ikitərəfli, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlardakı mövqeyi ilə həmişə hiss etmişik.Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri bir sıra vacib dövlət sənədlərinin imzalanması, mühüm məsələlərin razılaşdırılması ilə yanaşı, daha çox hər iki ölkənin əməkdaşlığının dostluq və qardaşlıq əsaslarının yüksək səslə bəyan edilməsi ilə yadda qaldı. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da uğurla davam etdirəcəyimizə inam və ümid verir. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri