Icma.az
close
up
RU
Azərbaycan dünya miqyasında etibarlı tərəfdaşa çevrilib

Azərbaycan dünya miqyasında etibarlı tərəfdaşa çevrilib

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və praqmatik siyasət ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb. Dövlətimizin başçısının siyasəti nəticəsində Azərbaycan dünya miqyasında etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada yüksək liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı kimi qəbul olunur. Dövlətimiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq siyasəti aparır, daim beynəlxalq həmrəyliyin güclənməsinə hesablanan təşəbbüslərlə çıxış edir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.Deputat bildirib ki, dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə toplantısına, “Avropa Siyasi Birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə yüksələn rolunun əyani göstəricisidir. Bundan əlavə, Prezident İlham Əliyev son illər Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində fəxri qonaq qismində iştirak edib. 2025-ci ilin noyabrında isə dövlətimiz bu platformanın tam hüquqlu üzvü qəbul olunub. Ölkəmiz üzv seçildikdən sonra bu platforma “Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının görüşü” formatına çevrilib. Cənab Prezident avqustun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə tam hüquqlu üzv kimi iştirak edib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: “Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”. Cənab Prezident çıxışında, həmçinin Mərkəzi Asiya ölkələri ilə əlaqələrə verilən önəm, o cümlədən Qırğızıstana dövlət səfərinin əhəmiyyəti barədə fikirlərini bildirib.
Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Bu regionda daha çox türk dövlətləri yerləşir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Əməkdaşlığın əhəmiyyəti yalnız iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşmır. Son illər Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi, ortaq mədəni və humanitar layihələrin həyata keçirilməsi, təhsil, elm və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi də Məşvərət Görüşünün gündəliyində mühüm yer tutur. Bu isə platformanın tədricən çoxtərəfli regional əməkdaşlığın kompleks mexanizminə çevrildiyini göstərir.
YAP İdarə Heyətinin üzvü söyləyib ki, Prezident İlham Əliyevin Qırğızıstana budəfəki səfər çərçivəsində də bir sıra tədbirlərdə iştirakı dövlətimizə və onun başçısına göstərilən ehtiramın ifadəsidir. Ümumiyyətlə, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və Mərkəzi Asiya xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Eləcə də, Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin və Qırğızıstan tərəfindən Ağdamın Xıdırlı kəndində orta məktəbin tikintisi bunun göstəricisidir.
“Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bütövlükdə, bütün sahələr üzrə əlaqələrin inkişafı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətləri əhəmiyyətli dərəcədə gücləndirir”, - deyə Pərvin Kərimzadə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Avqust 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri