Icma.az
close
up
RU
Azərbaycan etibarlı beynəlxalq tərəfdaşa çevrilib ANALİZ

Azərbaycan etibarlı beynəlxalq tərəfdaşa çevrilib ANALİZ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İham Əliyevin rəhbərliyi altında Azərbaycan 2025-ci ildə milli maraqlarını uğurla reallaşdırdı

Pakistanlı ekspert: 2025-ci il Azərbaycanın xarici siyasətində uyğunlaşma və möhkəmlənmə ili oldu

2025-ci il Azərbaycan üçün xarici siyasətdə uğurlu və strateji əhəmiyyətli bir il oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə milli maraqlarını uğurla həyata keçirdi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini genişləndirdi və qlobal səhnədə mövqelərini daha da möhkəmləndirdi. Beynəlxalq sülhün təşviqi, humanitar yardım missiyaları, münaqişələrin dinc yolla həlli və vasitəçilik təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Eyni zamanda, ölkənin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun qlobal siyasi təsirini gücləndirdi və etibarlı tərəfdaş kimi tanınmasını təmin etdi.

İslamabadda yerləşən “Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (CSAIS) İcraçı Direktoru, Qazaxıstan, MDB ölkələri, Çin, Türkiyə, İndoneziya, Körfəz Əməkdaşlıq Şurası (GƏŞ), Qətər və ASEAN üzrə pakistanlı mütəxəssis Mehmood Ul Hassan Khan Sherg.az-a 2025-ci ildə Azərbaycanın xarici siyasətindəki uğurlarından danışıb:

"Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 2025-ci ildə milli maraqlarını uğurla reallaşdırdı. Bu fakt Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında da açıq şəkildə təsdiqləndi. Azərbaycanın xarici siyasəti qətiyyətli, ardıcıl və milli maraqların təmininə yönəlib. Nəticə etibarilə ölkə ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarını genişləndirib, qlobal arenada mövqelərini daha da möhkəmləndirib. 2025-ci ildə Azərbaycan balanslaşdırılmış, çoxölçülü və nəticəyönümlü xarici siyasət kursu yürütdü, bu siyasətin mərkəzində Prezident İlham Əliyevin güclü siyasi iradəsi və uzaqgörən liderliyi dayandı. Beynəlxalq sülhün təşviqi, humanitar yardım missiyaları və münaqişələrin dinc yolla həlli və vasitəçilik təşəbbüsləri Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Eyni zamanda, 2025-ci ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal siyasi təsirini gücləndirdi və onu etibarlı tərəfdaş kimi tanıtdı. İkitərəfli münasibətlərin davamlı inkişafı, çoxtərəfli platformalarda fəal iştirak və sülh gündəliyinin ardıcıl təşviqi Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır. Bu siyasət Azərbaycanın gələcək illərdə mövqelərini daha da gücləndirəcək möhkəm diplomatik baza formalaşdırır. Azərbaycan etibarlı beynəlxalq tərəfdaşa çevrilib. Xüsusilə Mərkəzi Asiya ölkələri ilə münasibətlər 2025-ci ildə xarici siyasətin əsas prioritetlərindən biri olub. Bu isə regional bağlantıların, iqtisadi əlaqələrin və investisiya axınlarının artmasına təkan verib".

Ekspert daxili sabitlik və davamlı inkişaf amillərinə söykənən Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil və praqmatik xarici siyasət kursunu uğurla davam etdirdiyini söyləyib:

"Rusiya ilə ikitərəfli münasibətlər Düşənbədə keçirilmiş görüşdən sonra daha da sistemləşdirilib, balanslı və sülhpərvər diplomatiya vasitəsilə mövcud məsələlər konstruktiv dialoq yolu ilə həll edilib. 2025-ci ildə Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyiş əldə olundu. ABŞ-da sülh sazişinin paraflanması regional sülh və normallaşma baxımından həlledici rol oynadı, Ermənistana göndərilən ilk yanacaq yüklü yük qatarı onilliklər davam edən münaqişədən sonra iqtisadi əməkdaşlığın simvoluna çevrildi. 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi ölkənin təhlükəsizlik doktrinasını yenidən formalaşdırdı və uzunmüddətli münaqişəyə son qoydu. ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların fəaliyyətinin dayandırılması Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq gündəlikdən çıxarılmasında mühüm mərhələ oldu. Ekspertlər Vaşinqton Sammitində imzalanmış birgə bəyanat və sülh sazişini Prezident İlham Əliyevin fəal və balanslı diplomatiyasının mühüm nailiyyəti kimi qiymətləndirirlər. 2025-ci il Azərbaycanın xarici siyasətində uyğunlaşma və möhkəmlənmə ili oldu. Ölkə regional bağlantıların və Avrasiya miqyasında iqtisadi inteqrasiyanın əsas memarlarından birinə çevrildi. Azərbaycan enerji, nəqliyyat və rəqəmsal dəhlizlər vasitəsilə Avrasiyanın əsas tranzit və geo-iqtisadi mərkəzlərindən biri kimi mövqeyini gücləndirdi. Qarabağın azad olunması ilə əldə edilən hərbi uğurlar diplomatik və iqtisadi kapitala çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan münaqişələrin idarə edilməsindən post-münaqişə dövrünün quruculuğuna keçmiş, xarici siyasətini sülh, tərəqqi və qarşılıqlı fayda prinsipləri üzərində formalaşdırdı".

Siyasətçi TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin Azərbaycanın Naxçıvanla maneəsiz bağlantısını təmin etmək, ölkənin regionda nəqliyyat və logistika mərkəzi kimi rolunu daha da gücləndirmək məqsədi daşıdığını bildirib:

"Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində fəal iştirak Azərbaycanın regional və qlobal təsir imkanlarını genişləndirdi. Xankəndidə keçirilən İƏT sammiti və Bakıda yaradılan təmiz enerji mərkəzi ölkənin iqtisadi və ekoloji strategiyasına mühüm töhfə verdi. 2026-cı ildə Bakının 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Qeyd etmək yerinə düşər ki, 2025-ci ildə Azərbaycan 41 ölkə ilə 191 sənəd imzalandı. 52 ölkənin Xarici İşlər Nazirlikləri ilə siyasi məsləhətləşmələr aparıldı, 3 ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizminin yaradılmasına dair protokol və anlaşma memorandumu imzalandı. Nəticədə, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin sayı 93-ə çatdı (70 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 nümayəndəlik). Estoniya və Somali səfirliklərinin Azərbaycanda yaradılması üçün müvafiq prosedurlar başlandı. İlk dəfə Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Azərbaycan tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Sürətləndirmə Mərkəzi açıldı. Bu, ölkənin rəqəmsallaşma, innovasiya və sahibkarlıq sahəsində regional aparıcı platforma kimi mövqeyini daha da gücləndirdi. 2025-ci ildə Azərbaycan-Pakistan münasibətləri iqtisadi əlaqələrin daha da möhkəmləndiyi, FDI və investisiya perspektivlərinin genişləndiyi, enerji, rəqəmsallaşma, AI, elm və kosmos, hibrid kənd təsərrüfatı, infrastruktur, müdafiə əməkdaşlığı, metallurgiya və mineral məhsullar, birgə hərbi avadanlıq istehsalı, anti-terror mexanizmləri, mülki aviasiya, bankçılıq və maliyyə, mədəni diplomatiya və media əməkdaşlığı sahələrində yeni imkanların açıldığı bir il oldu".

Analitik 2025-ci ildə Pakistan-Azərbaycan münasibətlərinin inkişaf etdiyini söyləyib:

"Yüksək səviyyəli səfərlər və enerji, müdafiə və ticarət sahələrində böyük müqavilələr üzrə konkret addımlar, 2 milyard ABŞ dolları həcmində investisiya çərçivəsi, SOCAR/PSO neft kəməri layihələri, JF-17 təyyarələrinin istehsalı, PTA kimi ticarət sazişlərinin icrası Azərbaycan və Pakistanın strateji əməkdaşlığının və ortaq rifahının tam potensialını ortaya çıxardı. 8-ci Birgə Komissiyanın yanvar ayında keçirilməsi, Pakistan Baş Nazirinin Bakı səfərləri (Qələbə Günü, SCO) fevral və noyabr aylarında, yaşıl enerji, İT və regional bağlantılar üzrə görüşlər Azərbaycanın uğurlu xarici siyasətini nümayiş etdirdi. 2025-ci il Prezident İlham Əliyevin uzaqgörən və çoxölçülü xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyi, regional və qlobal miqyasda etibarlı və təsirli aktora çevrildiyi bir il oldu".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri