Gürcüstan səfiri Türkiyə XİN ə çağırıldı Batumidəki insidentə görə...
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandiya Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Yeniavaz.com ”TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, səfir “Beşiktaş”ın Batumidə keçirilən UEFA Avropa Liqası matçında baş verən hadisələrlə əlaqədar çağırılıb.
Məlumata görə, nazirlikdən matçda baş verən hadisələrə reaksiya bildirilib və müxtəlif sübutlar paylaşılıb.
Hadisələrin hərtərəfli araşdırılması ilə yanaşı, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiqi və müdaxiləyə görə məsul olanlara qarşı lazımi hüquqi tədbirlərin görülməsi tələb olunub.
Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel” matçının birinci hissəsinin ortalarında İstanbul təmsilçisinin fanatlarının olduğu sektorda iğtişaşlar baş verib və polis güc tətbiq etməklə yanaşı gözyaşardıcı qazdan istifadə edib. Oyun təxminən 40 dəqiqə dayandırıldıqdan sonra davam etdirilib. Qarşılaşma Türkiyə komandasının qələbəsi ilə başa çatıb - 2:1. Baş verən gərginliklə bağlı 16 nəfər saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Bu mövzuda digər xəbərlər:Batumidəki qalmaqala görə Gürcüstan səfiri Türkiyə XİN ə çağırıldı
27 Noyabr 2026 18:49
Gürcüstan səfiri “Beşiktaş” qalmaqalına görə Türkiyə XİN ə çağırıldı Nota
27 Noyabr 2026 19:06
İran səfiri Gürcüstan XİN ə çağırıldı
30 Sentyabr 2026 17:12
Almaniyanın Tbilisidəki səfiri Gürcüstan XİN ə çağırıldı
24 Sentyabr 2025 21:14
Xarici səfirlər Gürcüstan XİN ə çağırıldı
07 Oktyabr 2025 15:04
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















