Azərbaycan Universiteti “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Universiteti dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində 4 ulduzla qiymətləndirilib.
Adalet.az xəbər verir ki, reytinqə ilk dəfə müraciət edən Azərbaycan Universitetinin bu nəticəni əldə etməsi son illər ərzində aparılan islahatların, tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tələbə mərkəzli yanaşmanın göstəricisidir.
“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem ali təhsil müəssisələrinin müxtəlif meyarlar – keyfiyyətli tədris, tədqiqat, tələbə dəstəyi, idarəetmə, beynəlxalq əməkdaşlıq, bərabərlik və inklüzivlik, infrastruktur, əmək bazarına çıxış imkanları və s. üzrə qiymətləndirilməsini nəzərdə tutur. Bu sistem universitetlərin güclü tərəflərini obyektiv şəkildə göstərməklə, beynəlxalq arenada rəqabətqabiliyyətliliyini artırır və onların qlobal səviyyədə tanınmasına töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 21 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















