Icma.az
close
up
RU
Azərbaycan Universitetində Şirvaninin 190 illiyi qeyd olundu Fotolar

Azərbaycan Universitetində Şirvaninin 190 illiyi qeyd olundu Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan Universitetində böyük şair, maarifçi və ictimai xadim Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunan “Aləmdə səsim var mənim” adlı musiqili ədəbi-bədii gecə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, gecədə Şirvaninin öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoyduğu diqqətə çatdırılıb, tələbələrin ifasında zəngin bədii irsindən poetik nümunələr təqdim olunub.

Tədbiri Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov açaraq S.Ə.Şirvaninin yaradıcılığındakı janr müxtəlifliyini vurğulayıb, Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açıb. Dekan çıxışında onun öz maarifçi ideyalarını həyata keçirmək üçün ana dilində açdığı yeni üsullu məktəb ilə adını ölkənin pedaqoji fikir tarixinə yazdırdığını da qeyd edib. 

Açılış nitqinin ardından tədbir musiqili bədii kompozisiya ilə davam edib. Kompozisiyada dahi şairin insanları həyatın gözəlliklərindən zövq almağa çağıran qəzəlləri, mənəvi gözəlliyi tərənnüm edən, öyüd və nəsihətləri ilə elmə yiyələnməyi, humanist ideyaları təbliğ edən, dövrün aktual məsələlərinə münasibət bildirdiyi əsərlərindən nümunələr təqdim olunub, qəzəlləri ifa edilib.

Elmi işlər üzrə prorektor Yusif Qasımov, Tərcümə və filologiya kafedrasının müdiri Gülnar Rzayeva, kafedranın müəllimi Ülviyyə Əliyeva, kafedranın müəllimi və kompozisiyanın bədii rəhbəri Solmaz Süleymanova çıxış edərək Şirvaninin çoxşaxəli irsinin qorunub saxlanmasının əhəmiyyətini diqqətə çatdırıblar.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını rəhbər tutaraq Tərcümə və filologiya kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə hazırlanıb.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see305

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see146

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see140

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see139

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see137

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see135

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see126

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri