Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Universitetində Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr edilən “Xaqani Şirvani – 900: 9 əsrin Xaqanı” adlı ədəbi-bədii tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi böyük şairin zəngin ədəbi-fəlsəfi irsinin təbliği, onun Azərbaycan klassik ədəbiyyatının inkişafındakı müstəsna rolunun işıqlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə və klassik ədəbi irsə marağın artırılması olub.
Tədbirdə Azərbaycan Universitetinin prorektoru Yusif Qasımov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov və Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyev çıxış ediblər. Çıxışlarda Əfzələddin Xaqani Şirvaninin Azərbaycan və ümumilikdə Şərq ədəbiyyatındakı mövqeyi, onun zəngin poetik və fəlsəfi irsi, yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Xaqani Şirvaninin əsərləri əsrlər boyu öz bədii-estetik dəyərini qoruyaraq Azərbaycan mədəniyyətinin və ədəbi fikir tarixinin zənginləşməsində mühüm rol oynayıb.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş təqdimatlar və bədii nümunələr səsləndirilib. Gənclərin klassik ədəbi irsə olan marağı və fəal iştirakı tədbirin əsas diqqətçəkən məqamlarından olub.
Ədəbi-bədii tədbir iştirakçılara Xaqani Şirvaninin zəngin irsinə bir daha nəzər salmaq, böyük şairin yaradıcılığının müasir dövr üçün əhəmiyyətini dəyərləndirmək imkanı yaradıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən Tərcümə və filologiya kafedrası tərəfindən təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 12 Noyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















