Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub FOTOLAR
Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən yazıçı-dramaturq İlqar Fəhmi Seyid Əzim Şirvaninin ədəbi irsi, maarifçi fəaliyyəti və XIX əsr Azərbaycan poeziyasında oynadığı mühüm roldan söz açıb.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətini təbliğ etməyin böyük məsuliyyət yaratdığını bildirib. O vurğulayıb ki, tarixən bu istiqamətdə fundamental addımlar atılıb və milli mədəniyyətə sahib çıxmaq, onu dünya ictimaiyyətinə doğru şəkildə təqdim etmək hər birimizin borcudur.
Şairin kötücəsi, Milli Məclisin deputatı Şahin Seyidzadə qeyd edib ki, Seyid Əzim Şirvani xüsusi icazə ilə Şamaxıda məktəb açıb, müəyyən məhdudiyyətlərə baxmayaraq həm Azərbaycan, həm də rus dillərində tədrisin təşkilinə nail olub. Şahin Seyidzadənin sözlərinə görə, Seyid Əzimin şeirlərinin muğamlarda ifa olunması onların daha geniş kütlələr tərəfindən sevilməsinə səbəb olub.
Digər çıxışçılar da Seyid Əzim Şirvaninin zəngin irsindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Əməkdar incəsənət xadimi Aqil Məlikov, xanəndələr Zeynal Əhmədov, Rais Niftəliyev və Elbrus Niftəliyev, həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistləri Nisbət Sədrayeva, Nişanə Baxışova və Rəvan Qaçayev müxtəlif muğam parçaları səsləndiriblər.
Tədbirin poetik hissəsində isə qiraət ustaları Hüseynağa Aslanov, Elsər Qədri və Gülbala Dadaş Seyid Əzim Şirvaninin şeirlərindən parçalar təqdim edərək gecənin ədəbi ovqatını tamamlayıblar.
Sənətkarları səhnədə bir-birindən məharətli musiqiçilər müşayiət edib.
AzVision.az
Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək
04 Aprel 2025 12:52
Göyçayda Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olunub
25 Dekabr 2025 12:18
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 18:18
Seyid Əzim Şirvaninin 190 illik yubileyi doğma Şamaxıda qeyd olunub
29 Oktyabr 2025 06:54
Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə bağlı Sərəncam imzalanıb
04 Aprel 2025 13:02
Baxış sayı:113
Bu xəbər 28 Noyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları