Icma.az
close
up
RU
Azərbaycan Universitetinin 10 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq

Azərbaycan Universitetinin 10 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Universitetinin 10 tələbəsi təhsilini beynəlxalq ikili diplom proqramı, o cümlədən universitetlərarası mübadilə proqramı çərçivəsində Türkiyə, İtaliya və Almaniya universitetlərində davam etdirmək hüququ əldə edib.

“Qafqazinfo” xəbər verir ki, 7 bakalavriat və 3 magistratura tələbəsi universitetin beynəlmiləlləşmə strategiyasına uyğun olaraq 2025/2026-cı tədris ilinin yaz semestrini xarici tərəfdaş universitetlərdə oxuyacaq, həmçinin istehsalat təcrübəsində iştirak edəcəklər. Bütün tələbələr təqaüdlə təmin olunacaqlar.

MBA Proqramının tədrisi ingilis dilində aparılan Marketinq istiqaməti üzrə II kurs tələbəsi İlqar Məmmədov İtaliyanın Tuscia Universiteti ilə birgə həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramına seçilən ikinci tələbə olaraq təhsilinə bu ölkədə davam edəcək. İlqar Məmmədova təhsil proqramını uğurla başa vuracağı təqdirdə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək, ona Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunacaq.

MBA Proqramının tədrisi ingilis dilində aparılan marketinq istiqaməti üzrə digər II kurs magistratura tələbəsi Fariz Şükürov isə universitetlərarası mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində oxuyacaq. Bakalavriat tələbəsi Səttar İsmayılov da payız semestrində təhsilini bu universitdə davam etdirəcək. O, menecment ixtisasında oxuyur və II kurs tələbəsidir.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə III kurs tələbəsi Nurcan Seydaliyeva və Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Natella Saadova İtaliyanın Sapienza Universitetində, Marketinq ixtisası üzrə III kurs tələbəsi Nurcan İsmayılova isə Türkiyənin Kastamonu universitetinə yola düşməyə hazırlaşırlar. Onlar təhsillərini universitetlərarası mübadilə proqramı çərçivəsində bu universitetlərdə davam etdirəcəklər. Təhsilini Türkiyədə davam etdirmək hüququ əldə edən tələbələrdən biri də Arkan Adışlıdır. O, İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistratura I kurs tələbəsidir və yaz semestrini Anadolu Universitetində oxuyacaq.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbələri Yunis Bədəlov və Nihad Əliyev, Politologiya ixtisası üzrə IV kurs tələbəsi Səbinə Cəlilova istehsalat təcrübəsini Türkiyənin Necmeddin Erbakan Universitetində keçəcəklər. Təcrübə dövründə tələbələr universitetin müvafiq fakültə və struktur bölmələrində akademik və praktiki fəaliyyətlərdə iştirak edəcəklər. Beynəlxalq təcrübə mərhələsi başa çatdıqdan sonra tələbələr əldə etdikləri bilik və bacarıqları tətbiq etmək məqsədilə istehsalat təcrübəsinə yerli müəssisələrdə davam edəcəklər. Bu mərhələ beynəlxalq təcrübənin yerli peşə mühitinə inteqrasiyasına xidmət edəcək.

Beynəlxalq İkili Diplom Proqramı məzunların beynəlxalq səviyyədə tanınan iki diplom əldə etməsini təmin etməklə onların qlobal əmək bazarında imkanlarını əhəmiyyətli dərəcədə artırır. Mübadilə proqramında iştirak edən tələbələr fərqli akademik yanaşmalar və tədris metodları ilə tanış olurlar. Bu proses onların xarici dil bacarıqlarının təkmilləşməsinə, dünyagörüşlərinin genişlənməsinə şərait yaradır, müstəqil düşünmə, uyğunlaşma və beynəlxalq təhsil mühitində fəaliyyət göstərmə bacarıqlarını inkişaf etdirir. Ölkə xaricində real iş mühitində istehsalat təcrübəsi keçmək isə gələcək karyera planlamasına mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri