Icma.az
close
up
RU
Azərbaycan Texniki Universitetinin tələbəsi aylıq təhsil xərclərinə görə atasını məhkəməyə verib

Azərbaycan Texniki Universitetinin tələbəsi aylıq təhsil xərclərinə görə atasını məhkəməyə verib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda Azərbaycan Texniki Universitetinin III kursunda təhsil alan tələbə atasını məhkəməyə verib ki, onun xərclərinə görə onu pulla təmin eləsin.

Bizimyol.info xəbər verir ki, bununla əlaqədar məhkəmədə iddia qaldıran tələbə atasından aylıq 300 manat pul tələb edib. Tələbə bildirib ki, valideynləri 2023-cü ildə məhkəmə qərarı ilə boşanıb. Nikahları pozularkən o, anasının himayəsində saxlanılıb. Onun 18 yaşı 2024-cü il martın 15-də tamam olub. O, yetkinlik yaşına çatana qədər atası aliment ödəyib. Lakin 18 yaşı tamam olandan sonra onun üçün alimentin ödənilməsi dayandırılıb.

Hazırda Azərbaycan Texniki Universitetində təhsil aldığını qeyd edən tələbənin sözlərinə görə, anası və azyaşlı qardaşı ilə birlikdə kirayə evdə yaşayır. Maddi çətinlikləri var. Xüsusən təhsil alması ilə əlaqədar əlavə vəsaitə ehtiyac duyur.

Ata isə bu tələblə razılaşmayıb. Atanın vəkili məhkəməyə etiraz ərizəsi təqdim edib. Orada göstərib ki, onlar boşananda maaşı cəmi 345 manat idi. Həmin vaxt həyat yoldaşının aylıq maaşı isə 700 manat idi. Buna baxmayaraq, o, 345 manatlıq maaşından aliment ödəyirdi:

“Təhsillə əlaqədar əlavə xərclərə ehtiyac olduğu göstərilir, lakin əsaslandırılmır. Məsələ burasındadır ki, o, dövlət hesabına - ödənişsiz ali təhsil alır. Halbuki, 18 yaşı tamam olandan sonra valideynlərinə məxsus mənzilin satılmasına həmin mənzildə qeydiyyatda olan şəxs kimi, özü razılıq verib. Əmlakın satışından əldə olunan vəsait də onun razılığı ilə anasına təqdim olunub”. O, əlavə edib ki, hansı əlavə xərcdən söhbət getdiyi məlum deyil.

Məhkəmə tələbənin iddiasını təmin etməyib. Qərarını da belə əsaslandırıb ki, valideynlərin əlavə xərclərə cəlb olunması 2 yolla - tərəflər arasında saziş əsasında və ya məhkəmə qaydasında mümkündür. Tərəflər razılığa gələ bilməyəndə, yaxud bağlanmış sazişdə müstəsna hallarla bağlı xərclərin ödənilməsi qaydası müəyyən edilmədikdə məhkəmə qərar verir.

Qanun müəyyən edir ki, valideynlərin əlavə xərclərə cəlb edilməsi aliment öhdəliyindən fərqli olaraq, yalnız müəyyən əsaslar olduğu halda mümkündür. Məsələn; yetkinlik yaşına çatıb-çatmamasından asılı olmayaraq ağır xəstə və şikəst olan uşaqlara, habelə yetkinlik yaşına çatsa da, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi və s. hallarda.

Bu halda, atasından pul tələb edən tələbənin sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Ona görə də məhkəmə atanın üzərinə artıq yetkinlik yaşına çatmış övlada əlavə ödəniş etmək öhdəliyi qoymağı məqbul hesab etməyib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri