Icma.az
close
up
RU
Azərbaycan Universitetinin kollektivi Fəxri xiyabanda olub Fotolar

Azərbaycan Universitetinin kollektivi Fəxri xiyabanda olub Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdən əvvəl universitet kollektivi Fəxri xiyabanda olub, Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub.

Universitetin tədris binasında keçirilən anım tədbirində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinə nəzər salınıb. Həmçinin Ümummilli Liderin Azərbaycanın müstəqilliyini möhkəmləndirən strateji qərarları, milli inkişaf yolunu müəyyənləşdirən tarixi irsi, Azərbaycan elmi və təhsilinin inkişafına qayğısı diqqət mərkəzində olub.

Tədbir Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun açılış nitqi ilə başlayıb. Prorektor qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixinə silinməz izlər qoyub, böyük dövlət xadimi, strateq və vətənpərvər kimi ölkənin taleyində həlledici rol oynayıb. Azərbaycanın son 30 illik tarixinin hər səhifəsində onun imzası aydın görünür. Ümummilli Liderin 1990-cı illərin ortalarından etibarən kərpic-kərpic qurduğu inkişaf strategiyasının real nəticələri artıq özünü göstərir. Məhz həmin strateji kurs sayəsində Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edib, tam suverenliyini təmin edib və bu gün müstəqil dövləti, bayrağı və himni ilə qürur duyur.

Açılış nitqinin ardından AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun “Ulu öndər Heydər Əliyev və elmin inkişafı” və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyevin “Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini möhkəmləndirmək tədbirləri” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin dayanıqlı əsaslarının formalaşdırılması, elm və təhsil sahəsində apardığı islahatlara müxtəlif aspektlərdən əhatəli şəkildə nəzər salınıb, ümummilli liderin elmi potensialın gücləndirilməsi, elmi müəssisələrin modernləşdirilməsi və alimlərin fəaliyyətinə göstərdiyi yüksək diqqət xüsusi vurğulanıb.

Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən anım tədbiri fakültənin tələbələri Aytən Aslanova və Nəzrin Məmmədzadənin “Ulu öndər Heydər Əliyevin iqtisadi islahatları” mövzusunda təqdimatları ilə yekunlaşıb.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri