Icma.az
close
up
RU
Azərbaycan Universitetinin kollektivi Fəxri xiyabanda Foto

Azərbaycan Universitetinin kollektivi Fəxri xiyabanda Foto

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür. Bununla əlaqədar olaraq Azərbaycan Universitetinin kollektivi Fəxri xiyabanda olub, Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

“Qafqazinfo” xəbər verir ki, Fəxri xiyaban ziyarətinin ardından universitetin tədris binasında anım tədbiri təşkil olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində iştirakçılar universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, millət vəkili Elçin Mirzəbəyli, politoloqlar Anar Əliyev, Aytən Qurbanova, İlyas Hüseynov və Samir Hümbətovun çıxışlarını dinləyiblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinin, ölkəyə rəhbərliyinin hər iki dövründəki siyasi və dövlətçilik fəaliyyətinin əsas istiqamət və məqamlarına nəzər salınıb. Qeyd olunub ki, Azərbaycanın son 50 illik tarixinin hər səhifəsində Heydər Əliyevin imzası var.

Bildirilib ki, Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və dövləti qarşısında duran ən əsas vəzifə yerinə yetirilib. Ölkənin suverenliyi və ərazi bütövlüyü tam təmin olunub. Heydər Əliyevin əsəri və əmanəti olan müasir, güclü, müstəqil Azərbaycanın hər qarışında üçrəngli bayrağımız dalğalanır. 

İfadə edilib ki, Azərbaycan dövlətinin növbəti hədəflərindən biri Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır. Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Qərbi Azərbaycana qayıdış da yaxın gələcəkdə həyata keçəcək. 

Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri