Icma.az
close
up
RU
Azərbaycan universitetlərində təhsil müddəti: Gürcüstan modeli effekt verə bilər?

Azərbaycan universitetlərində təhsil müddəti: Gürcüstan modeli effekt verə bilər?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanda bəzi ixtisaslar istisna olmaqla bakalavr və magistr təhsilinin müddəti qısaldılacaq. 

Bununla bağlı Gürcüstan parlamentində "Ali təhsil” haqqında Qanuna təklif olunan dəyişikliklər qəbul edilib. Yeni qərara əsasən, bakalavr təhsilinin müddəti azaldılaraq 3, magistr təhsilinin müddəti isə 1 il nəzərdə tutulub.

Bu modelin Azərbaycanda da tətbiqinin mümkünlüyü, tədris prosesinə, kadır hazırlığına təsirləri haqqında danışan təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya bildirib ki, Azərbaycanda tətbiq olunması prinsip etibarilə mümkündür, lakin mexaniki şəkildə deyil:

"Təhsil haqqında” Qanunun 14-cü maddəsi ali təhsilin pillələr üzrə təşkilini müəyyən etsə də, hazırkı normativ bazada bakalavr və magistratura müddətlərinin çevik dəyişdirilməsi üçün hüquqi mexanizmlər mövcuddur. Ona görə də hesab edirəm ki, Gürcüstanın tətbiq etdiyi 3+1 modeli Azərbaycanda da həyata keçirilə bilər, lakin bu, yalnız təhsil müddətinin azaldılması kimi yox, ali təhsilin məzmun, metodologiya və idarəetmə baxımından yenidən qurulması fonunda baş verməlidir. Proqramlar sıxlaşdırılmalı, təkrarlanan fənlər ixtisar olunmalı, magistratura real ixtisaslaşma mərhələsinə çevrilməli, orta təhsillə ali təhsil arasında keçid boşluqları aradan qaldırılmalıdır. Bu şərtlər təmin olunduqda təhsil müddətinin azaldılması keyfiyyət itkisi deyil, əksinə, daha çevik, daha rəqabətli və əmək bazarına uyğun kadr hazırlığı ilə nəticələnə bilər. Elm və Təhsil Nazirliyinin apardığı islahatlar bu keçidin mümkün olduğunu göstərir və düzgün planlaşdırma ilə bu model Azərbaycan üçün də effektiv nəticələr verə bilər.

Digər tərəfdən, Azərbaycan artıq Bolonya prosesinin iştirakçısıdır və AKTS sistemi tətbiq olunur. Bu isə o deməkdir ki, hüquqi baxımdan 3 illik bakalavr və 1 illik magistratura modelinə keçid mümkündür. Lakin təhlil göstərir ki, əsas problem hüquqi deyil, institusional və akademik hazırlıqla bağlıdır”.


Bu modelin tətbiqinin ölkə universitetlərində tədris prosesinə təsirləri haqqında danışan Kamran Əsədov bildirib ki, təhsil müddətinin azaldılması müsbət və mənfi nəticələr yarada bilər:

"Müsbət tərəfi haqqında danışarkən qeyd etmək lazımdır ki, proqramlar daha sıx, məqsədyönlü və praktik yönümlü hazırlanmağa məcbur olacaq. Hazırda Azərbaycan universitetlərində bakalavr proqramlarının əhəmiyyətli hissəsi fənn təkrarı, ümumi və bəzən əmək bazarı ilə zəif əlaqəli kurslarla yüklənib. Statistik göstəricilərə görə, yerli bakalavr proqramlarında ümumi təhsil xarakterli fənlərin payı Avropa universitetləri ilə müqayisədə təxminən 25–30 faiz daha yüksəkdir. Təhsil müddətinin azaldılması bu yükün ixtisarına, əsas ixtisas biliklərinin ön plana çəkilməsinə səbəb ola bilər. Bu, tədrisin səmərəliliyini artıra və tələbənin real kompetensiyalar qazanmasını sürətləndirə bilər.

Digər tərəfdən, mövcud şəraitdə müddətin azaldılması risklər də yaradır. Azərbaycan ali təhsilində orta məktəblə universitet arasında akademik keçid hələ də problemlidir. PISA və milli qiymətləndirmə nəticələri göstərir ki, ali məktəblərə daxil olan tələbələrin əhəmiyyətli hissəsi analitik oxu, akademik yazı və tənqidi düşünmə bacarıqlarında zəifdir. OECD məlumatlarına görə, ali təhsilə hazırlıq səviyyəsi aşağı olan ölkələrdə təhsil müddətinin azaldılması keyfiyyət itkisi riski yaradır. Bu baxımdan, orta təhsilin keyfiyyəti paralel şəkildə yüksəldilmədən bakalavr müddətinin azaldılması tədris yükünün sıxlaşması fonunda səthi bilik formalaşmasına gətirib çıxara bilər”.

Kamran Əsədovun sözlərinə görə, bu modelin kadr hazırlığına təsir məsələsi daha həssasdır:

"Əmək bazarı üzrə aparılan yerli təhlillər göstərir ki, işəgötürənlərin təxminən 60 faizi məzunların praktik bacarıqlarının zəifliyindən şikayətlənir. Təhsil müddətinin azaldılması yalnız o halda müsbət nəticə verə bilər ki, praktik komponentlər gücləndirilsin, dual təhsil mexanizmləri tətbiq olunsun və magistratura daha çox ixtisaslaşma mərhələsinə çevrilsin. Gürcüstanın modelində də məhz bu yanaşma əsas götürülür: bakalavr ümumi baza və peşə yönümlü biliklər verir, magistratura isə dərin ixtisaslaşma və tədqiqat mərhələsi kimi qurulur. Azərbaycanda isə hazırda magistraturanın əhəmiyyətli hissəsi bakalavrın təkrarı təsiri bağışlayır və bu, islahat aparılmadan müddətin azaldılmasını riskli edir”.

Təhsil eksperti bildirib ki, müqayisəli statistika təhsil müddəti ilə keyfiyyət arasında birbaşa əlaqə olmadığını göstərir. Ona görə də müddətin azaldılması ilə bərabər proqramların yenidən dizaynı əsas şərtdir:

"Finlandiyada bakalavr 3 il olsa da, bu ölkə PISA nəticələrində və məzunların əmək bazarına uyğunluq göstəricilərində dünyanın ilk sıralarındadır. ABŞ-da isə bakalavr 4 il davam edir, lakin ilk iki il əsasən ümumi təhsil xarakteri daşıyır. Azərbaycan modeli bu iki sistem arasında qalır: 4 illik bakalavr var, lakin nə ümumi təhsil tam formalaşıb, nə də ixtisaslaşma kifayət qədər dərinləşib. Bu baxımdan müddətin azaldılması ilə yanaşı, proqramların yenidən dizaynı əsas şərtdir”.

Ali təhsildə təhsil müddətinin azaldılması ilə bağlı Gürcüstan parlamentinin qəbul etdiyi dəyişiklikləri də şərh edən ekspert bildirib ki, bu qərarla region ölkələri ali təhsili kəmiyyət deyil, məzmun üzərindən yenidən düşünməyə başladığını demək olar:

"Bu qərar təsadüfi deyil və uzun illərdir Avropa Ali Təhsil Məkanında aparılan struktur islahatlarının regional davamı kimi qiymətləndirilməlidir. Təhlil göstərir ki, məsələ illərin sayının azaldılması deyil, həmin illərin hansı akademik məzmunla doldurulmasıdır və Gürcüstan bu addımı atarkən məhz bu məntiqdən çıxış edir”.

Həmsöhbətimiz qeyd edib ki, Gürcüstanın qəbul etdiyi model faktiki olaraq Bolonya prosesinin "3+1” formatının normativ səviyyədə tətbiqidir:

"Avropa Ali Təhsil Məkanına daxil olan ölkələrin əhəmiyyətli hissəsində bakalavr təhsili 180 AKTS, magistratura isə 60–120 AKTS həcmində təşkil olunur. Statistikaya görə, Avropa İttifaqı ölkələrinin təxminən 65–70 faizində bakalavr proqramlarının əsas hissəsi artıq 3 illik model üzrə qurulub. Almaniya, Hollandiya, Belçika, İtaliya, Skandinaviya ölkələrinin böyük qismində bu model uğurla tətbiq olunur. Gürcüstan da bu təcrübəni milli qanunvericilik səviyyəsinə çıxararaq ali təhsilin çevikliyini artırmağa çalışır. Burada əsas məqsəd tələbənin daha tez əmək bazarına daxil olması və ali təhsilin daha rasional planlaşdırılmasıdır”.

Günay İlqarqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri