Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modeli yaradıb

Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modeli yaradıb

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Gürcüstan uzun illərdir uğurlu əməkdaşlıq modeli yaradıb. Bu təcrübə regional əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyir. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini ölkəmizə etməsi bu mənada təsadüfi sayılmamalıdır. Rəsmi Bakı bunu əlaqələrimizin mahiyyətinin, xalqlarımızın dostluğunun göstəricisi kimi dəyərləndirir.

Yüksək səviyyəli təmaslar siyasi dialoqun inkişafını göstərir. Mətbuata birgə bəyanat zamanı Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Bakı və Tbilisi beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bu illər ərzində icra olunan uğurlu layihələr yalnız regionu deyil, daha geniş coğrafiyanı əhatə edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “birgə həyata keçirilən neft-qaz, nəqliyyat və kommunikasiya layihələri nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir”. Yəni, artıq elə bir reallıq yaranıb ki, biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Eyni zamanda mürəkkəb geosiyasi vəziyyətdə ən cəlbedici marşrut olan Orta Dəhliz Cənubi Qafqazda məhz Azərbaycandan və Gürcüstandan keçir. Amma aprelin əvvəlində Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Gürcüstanın Orta Dəhlizdə iştirakı gözardı edildi. Bu məsələyə Prezident İlham Əliyev ADA-da keçirilən beynəlxalq forumda münasibət bildirdi və İttifaqın bu yanaşmasını “ədalətsiz” adlandırdı. Heç bir potensialı olmayan, regionda destruktiv bənd olan Ermənistanı əhəmiyyətli faktor kimi qabartmaq, Gürcüstanı isə görməzdən gəlmək, sadəcə, riyakarlıqdır və təbii ki, bu qərəzli yanaşmanın kökündə Avropa İttifaqının Gürcüstanı alət kimi istifadə etmə cəhdinin boşa çıxması dayanır. Görünən budur ki, Avropa İttifaqı Cənubi Qafqazda müstəqil siyasət yeridən dövlətlərin yox, forpostların, alətlərin yaranmasında maraqlıdır. Elə regionda dayanıqlı sülhün bərpasına mane olmaq cəhdi də bu məkrli planın tərkib hissəsidir.

Bakı və Tbilisi həm də bu coğrafiyada sülhün, əmin-amanlığın bərqərar edilməsində maraqlıdır.
Liderlərin verdiyi bəyanatlardan aydın oldu ki, hər iki ölkə bundan sonra da əlaqələrin yüksələn xətlə inkişafına çalışır. Prezident Mixeil Kavelaşvili də öz növbəsində bəyan etdi ki,
ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr etimada əsaslanır. Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövründə hər iki qonşu ölkə milli dəyərlərin qorunması uğrunda mübarizədə bir yerdədir.
Tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bir daha bəyan etdi. Həm Gürcüstan, həm də Azərbaycan güclü və firavan Cənubi Qafqaz naminə səylərin birləşdirilməsində maraqlıdır. Kavelaşvili də Bakıda “heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil” söyləməklə regionda dağıdıcı siyasət yeridən dairələrə mesaj ünvanladı. O, eyni zamanda Azərbaycanın ölkəsi ilə ümumi maraqların müdafiəsi sahəsində intensivləşən əməkdaşlığın vacibliyinə də diqqət çəkdi. Tbilisi düzgün və ardıcıl siyasətlə regionun potensialından tam istifadə etməyi, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməyi vacib sayır. Beləliklə, səfər zamanı aparılan müzakirələrdən, səslənən bəyanatlardan aydın olur ki, sülhə, əməkdaşlığa, rifaha əsaslanan Azərbaycan və Gürcüstan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri