Icma.az
close
up
RU
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı Yeni Çağ Media

Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) başlanğıcında Azərbaycan Hökuməti Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalayaraq, iqlim siyasətində uşaqları ön plana çəkmək öhdəliyini götürdü.

Yenicag.az xəbər verir ki, Bəyannamənin imzalanma mərasimində Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29-un Prezidenti Muxtar Babayev, UNICEF-in icraçı direktoru Ketrin Rassell, COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, yüksək səviyyəli dövlət rəsmiləri, həmçinin Azərbaycanın uşaqları və gəncləri iştirak ediblər.

UNICEF, Azərbaycan hökumətinin bu bəyannamənin imzalamaqla götürdüyü öhdəliyi alqışlayır. Belə ki, bu bəyannamə inklüziv, həmçinin, uşaqlar və gəncləri rəhbər tutan iqlim siyasətlərini və fəaliyyətlərini sürətləndirmək üçün yerli və qlobal səviyyələrdə qəbul edilmiş ilk belə çərçivədir.

İqlim dəyişmələri uşaqların sağlamlığına, inkişafına, təhlükəsizliyinə və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir. Bir milyarda yaxın uşaq – yəni dünyanın uşaq əhalisinin yarısı – iqlim dəyişmələri və çirklənmənin təsirlərindən “son dərəcə yüksək risk” altında olan 33 ölkədən birində yaşayır.

“Bu gün, biz, Azərbaycanın uşaqlar və gənclər üçün əhəmiyyətli olan iqlim prosesinə sadiqliyini bir daha təsdiq edirik,” – deyə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və COP29 Prezidenti Muxtar Babayev bildirib. “Və biz hər kəsi iqlim fəaliyyətlərinin uşaqlar və gənclər üçün daha davamlı bir gələcək yaratmağa necə töhfə verəcəyini düşünməyə çağırırıq.”

“Uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz və iqlim dəyişmələrinin təsirlərindən onları qorumaq üçün həll yollarına sərmayə yatırmağımız vacibdir,” – deyə UNICEF-in icraçı direktoru Ketrin Rassell bildirib. “Azərbaycanın bu bəyannaməni imzalaması uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır.”

UNICEF digər ölkələri də bu bəyannaməni imzalamağa və uşaqları iqlim dəyişmələrinin pisləşən təsirlərindən qorumaq üçün öhdəlik götürməyə çağırır.

Bəyannamənin icrasını dəstəkləmək üçün UNICEF hökumətlər və tərəfdaşlarla birgə, uşaqlar üçün vacib olan təhsil, sosial müdafiə və səhiyyə kimi mövcud sistemləri uyğunlaşdırmaq və gücləndirmək üzərində çalışır.Məqsəd bu xidmətləri iqlim dəyişmələrinə davamlı və təsirlərə cavab verə bilən etməkdir.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Noyabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni mərhələyə qədəm qoyan Azərbaycan Çin münasibətləri miqrasiya mübadiləsini intensivləşdirəcək

22 Aprel 2025 16:36see158

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see140

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see126

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

22 Aprel 2025 15:13see118

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see116

Dayə kiçik uşağı vəhşicəsinə döydü

22 Aprel 2025 15:27see115

Yatıb ayılmayan qızı belə xilas etdilər

22 Aprel 2025 16:05see114

Ömər Bolat Yaponiyaya gedəcək

22 Aprel 2025 16:01see109

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see109

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see109

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri