Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

Azərbaycanda fabrik direktoru vəfat etdi

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

Azərbaycan var olduqca Ümummilli Lider bu xalqın xilaskarı kimi daim qəlblərdə yaşayacaq!

Azərbaycan var olduqca Ümummilli Lider bu xalqın xilaskarı kimi daim qəlblərdə yaşayacaq!

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqının XX əsrdə ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyi əzablı və keşməkeşli prosesdən keçib. Əsrin sonunda yaranmış tarixi-siyasi şərait Sovet İttifaqının dağılmasını labüdləşdirdiyi halda yarıtmaz rəhbərlik sayəsində iqtisadi, mədəni və həyatın bütün sahələrində ön sırada olan Azərbaycan tam çökdürülmüş vəziyyətə düşmüşdü. Bundan başqa iqtisadi-sosial böhran həm də
siyasi xaosla müşahidə olunur və yaranmış situasiyadan istifadə edən mənfur düşmən torpaqlarımızı işğal etmişdi. Həmin dövrdə davam edən milli faciə prosesi 1993-cü ilin ortalarında elə bir həddə çatmışdı ki, nəinki dövlət müstəqilliyi, hətta bütövlükdə dövlətimiz və xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İmperiyapərəst qüvvələrlə xalq azadlıq hərəkatının dalğası üzərində hakimiyyətə gəlmiş AXC–Müsavat iqtidarı arasında gedən hakimiyyət savaşı ölkəni xaos və anarxiya girdabına yuvarlamış, dövlətçiliyin məhv olmasına real zəmin yaranmışdı. Azərbaycanın bu durumdan çıxışı möcüzəyə bənzəsə də, xalqın yaddaşında liderlik məqamını fəth etmiş tarixi şəxsiyyətin proseslərə müdaxiləsi gedişatı tamamilə dəyişdi. Belə ki, 1993-cü ilin ağır günlərində xalqın təkidli tələbi ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev xilaskar olaraq dövlətin və Vətənin qurtuluş mücadiləsinə başladı.

1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və taleyüklü bu seçimlə bugünkü qüdrətli dövlətin təməli qoyuldu.Bu gün xalqımızın elə bir fərdi ola bilməz ki, 1993-cü ilin 3 oktyabr seçkilərinin nəticələrindən bəhrələnməmiş olsun. Həmin gün seçilən, bir həftədən sonra dövlət başçısı kimi and içən ulu öndər Heydər Əliyev, ilk növbədə, fəaliyyətə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasından başladı. Xaos və anarxiya yaradan, istənilən anda istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Nəticədə düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu.

Daha sonra isə çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı. Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan bütün addımları atmış oldu.

Biz xoşbəxtik ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil, suveren, qüdrətli Azərbaycan dövləti dünyanın ən mühüm beynəlxalq təşkilatlarında söz sahibidir. Rəsmi Bakı mötəbər beynəlxalq təşkilatların ali məclislərinin keçirildiyi məkana çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqının üzvü olan 9 dövlətlə strateji müttəfiqliyimiz var. ABŞ, Çin, İtaliya kimi qüdrətli dövlətlərlə sıx əməkdaşlıq edirik. Gələcəyinə böyük ümidlər bəslənən Türk Dövlətləri Təşkilatının əsas lokomotivlərindən biri, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindənik.Ən başlıcası, ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında müəyyən etdiyi hədəflərin hamısının mərhələ-mərhələ qət edilməsinin nəticəsidir ki, bu gün dövlətimizin suverenliyi tam təmin edilmişdir. Bu, bizim son 2 əsrdəki ən böyük qələbəmizdir.

Ancaq hələ başqa hədəflərimiz də var. İnanırıq ki, Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi və Prezident İlham Əliyev cənablarının qətiyyəti nəticəsində həmin hədəflərə də çatacağıq. Bu əminliyimizin təməlində isə Xalq – İqtidar birliyi dayanır. Birmənalı olaraq deyə bilərik ki, həmin birliyi də bizə məhz ulu öndər Heydər Əliyev bəxş etmişdir.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see346

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see333

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see322

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see319

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see308

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see305

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see277

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see274

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see269

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see265

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see259

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see256

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see239

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see229

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see227

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see224

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see205

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see202

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see200

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri