Icma.az
close
up
RU
Azərbaycan var olduqca Ümummilli Lider bu xalqın xilaskarı kimi daim qəlblərdə yaşayacaq!

Azərbaycan var olduqca Ümummilli Lider bu xalqın xilaskarı kimi daim qəlblərdə yaşayacaq!

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan xalqının XX əsrdə ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyi əzablı və keşməkeşli prosesdən keçib. Əsrin sonunda yaranmış tarixi-siyasi şərait Sovet İttifaqının dağılmasını labüdləşdirdiyi halda yarıtmaz rəhbərlik sayəsində iqtisadi, mədəni və həyatın bütün sahələrində ön sırada olan Azərbaycan tam çökdürülmüş vəziyyətə düşmüşdü. Bundan başqa iqtisadi-sosial böhran həm də
siyasi xaosla müşahidə olunur və yaranmış situasiyadan istifadə edən mənfur düşmən torpaqlarımızı işğal etmişdi. Həmin dövrdə davam edən milli faciə prosesi 1993-cü ilin ortalarında elə bir həddə çatmışdı ki, nəinki dövlət müstəqilliyi, hətta bütövlükdə dövlətimiz və xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İmperiyapərəst qüvvələrlə xalq azadlıq hərəkatının dalğası üzərində hakimiyyətə gəlmiş AXC–Müsavat iqtidarı arasında gedən hakimiyyət savaşı ölkəni xaos və anarxiya girdabına yuvarlamış, dövlətçiliyin məhv olmasına real zəmin yaranmışdı. Azərbaycanın bu durumdan çıxışı möcüzəyə bənzəsə də, xalqın yaddaşında liderlik məqamını fəth etmiş tarixi şəxsiyyətin proseslərə müdaxiləsi  gedişatı tamamilə dəyişdi. Belə ki, 1993-cü ilin ağır günlərində xalqın təkidli tələbi ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev  xilaskar olaraq dövlətin və Vətənin qurtuluş mücadiləsinə başladı.

1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və taleyüklü bu seçimlə bugünkü qüdrətli dövlətin təməli qoyuldu. Bu gün xalqımızın elə bir fərdi ola bilməz ki, 1993-cü ilin 3 oktyabr seçkilərinin nəticələrindən bəhrələnməmiş olsun. Həmin gün seçilən, bir həftədən sonra dövlət başçısı kimi and içən ulu öndər Heydər Əliyev, ilk növbədə, fəaliyyətə ölkədə daxili ictimai-siyasi sabitliyin bərqərar olunmasından başladı. Xaos və anarxiya yaradan, istənilən anda istənilən yerdə özbaşınalıq edən silahlı birləşmələr ləğv edildi. Ordu vahid rəhbərlik altında birləşdirildi. Nəticədə düşmən atəşkəs haqqında müqaviləni imzalamağa məcbur oldu.

 Daha sonra isə çoxsaylı islahatlara start verildi. Aparılan hüquqi islahatlar nəticəsində ölkəyə xaricdən gətirilən sərmayələrin qorunmasına dövlət zəmanəti verildi. Bu isə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının əcnəbi şirkətlərlə müştərək işlənməsinə zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycana külli miqdarda xarici investisiyalar gətirilməsi ilə nəticələndi. Bundan sonra isə ölkədə yeni parlament seçilməsinə və yeni Konstitusiyanın hazırlanmasına başlamaq olardı. Heydər Əliyev bu iki mühüm layihəni də uğurla başa çatdıraraq, sözün həqiqi mənasında, Azərbaycanın sivilizasiyalı dövlətlər sırasına çıxarılması üçün gərəkli olan bütün addımları atmış oldu.

Biz xoşbəxtik ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil, suveren, qüdrətli Azərbaycan dövləti dünyanın ən mühüm beynəlxalq təşkilatlarında söz sahibidir. Rəsmi Bakı mötəbər beynəlxalq təşkilatların ali məclislərinin keçirildiyi məkana çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqının üzvü olan 9 dövlətlə strateji müttəfiqliyimiz var. ABŞ, Çin, İtaliya kimi qüdrətli dövlətlərlə sıx əməkdaşlıq edirik. Gələcəyinə böyük ümidlər bəslənən Türk Dövlətləri Təşkilatının əsas lokomotivlərindən biri, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindənik. Ən başlıcası, ulu öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında müəyyən etdiyi hədəflərin hamısının mərhələ-mərhələ qət edilməsinin nəticəsidir ki, bu gün dövlətimizin suverenliyi tam təmin edilmişdir. Bu, bizim son 2 əsrdəki ən böyük qələbəmizdir.

Ancaq hələ başqa hədəflərimiz də var. İnanırıq ki, Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi və Prezident İlham Əliyev cənablarının qətiyyəti nəticəsində həmin hədəflərə də çatacağıq. Bu əminliyimizin təməlində isə Xalq – İqtidar birliyi dayanır. Birmənalı olaraq deyə bilərik ki, həmin birliyi də bizə məhz ulu öndər Heydər Əliyev bəxş etmişdir.

Gündüz Alıkişiyev,

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri