Icma.az
close
up
RU
Azərbaycan və ABŞ arasında Anlaşma Memorandumunun imzalanması əməkdaşlığı dərinləşdirmək üçün mühüm addımdır ŞƏRH

Azərbaycan və ABŞ arasında Anlaşma Memorandumunun imzalanması əməkdaşlığı dərinləşdirmək üçün mühüm addımdır ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ Evdə keçirilən tarixi görüş həm Azərbaycan-ABŞ strateji münasibətlərində, həm də Azərbaycan-Ermənistan sülh prosesində yeni bir mərhələ açıb. Azərbaycan və ABŞ liderlərinin regional bağlantılar, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu imzalaması iqtisadi inkişafın gücləndirilməsi üçün çox mühüm addımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Prezident Trampın ABŞ hökumətinin Azərbaycana birbaşa yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı dövlətimizin başçısına, Azərbaycan xalqına qarşı böyük jestdir: “Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur. Həmçinin görüş nəticəsində ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə məktub ünvanlanıb və nəhayət, 2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması planlaşdırılır. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq”.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması, mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir. Paraflama yekun saziş olmasa da, sülhə doğru atılan mühüm addımdır. Azərbaycan və Ermənistan de-fakto sülh içində olmaqla, yekun və dayanıqlı sazişin son mərhələsindədir. “ABŞ-ın Zəngəzur dəhlizinin fəaliyyətində zəmanət rolu Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcı deməkdir. Trampın şəxsən bu rolu öz üzərinə götürməsi, Vaşinqtonun təhlükəsiz və açıq nəqliyyat əlaqələrini dəstəkləməyə hazır olması, regionun sabitləşməsinə, yeni geosiyasi və geoiqtisadi reallıqların gəlməsinin bariz nümunəsidir. Bu dəhliz regional iqtisadi potensialın yüksəlməsi, sərhədlərin açılması və təkcə regional ölkələr üçün deyil, həm də Avropa, Mərkəzi Asiya və Çin üçün yeni nəqliyyat dəhlizlərinin yaranması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, Birgə Bəyannamənin hər üç tərəfi üçün yeni dividentlər qazandıracaq. Amerikalılar bu layihədə təhlükəsizliyi təmin etməklə logistika və əməliyyat şirkətlərinin cəlb olunması ilə iştirakı təklif edirlər. ABŞ-ın iştirakı bu layihəni daha da gücləndirəcək”,- deyə deputat diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Avqust 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri