Icma.az
close
up
RU
Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər tarixi bir mərhələyə qədəm qoyur Millət vəkili

Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər tarixi bir mərhələyə qədəm qoyur Millət vəkili

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlər tarixi bir mərhələyə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin ABŞ-a son səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun, güclənən nüfuzunun və etibarlı tərəfdaş statusunun bariz nümunəsidir. Bu səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də qlobal strateji əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq formatının əsaslarının qoyulması, ölkəmiz üçün böyük diplomatik və siyasi uğur sayılır. Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, səfər çərçivəsində, ABŞ tərəfindən Azərbaycanla bağlı illərlə davam edən "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişin tamamilə aradan qaldırılması da mühüm hadisə oldu. 1992-ci ildən bəri qüvvədə olan bu məhdudiyyətlər 33 il sonra, nəhayət ki, aradan qaldırıldı. Bu hadisə təkcə siyasi və diplomatik baxımdan deyil, həm də Azərbaycan xalqının yaddaşına yazılacaq tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirilir. 907-ci düzəlişin tamamilə aradan qalxması cənab Prezident İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətinin nəticəsidir. 

Millət vəkilinin sözlərinə görə, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sənəd — “Trump Route for International Peace and Prosperity” (Trump Yolu) layihəsi — ölkəmizin diplomatiya salnaməsinə qızıl hərflərlə yazılacaq növbəti böyük qələbədir. Bu sənəd, illərdir gərgin müzakirələrin və ardıcıl diplomatik səylərin nəticəsi olmaqla yanaşı, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, strateji düşüncə və uzaqgörən siyasətinin bariz nümunəsidir.

“Trump Yolu” Azərbaycanın əsas ərazisini uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, ölkəmizi birbaşa qardaş Türkiyəyə bağlayacaq. Bu layihə təkcə yeni bir nəqliyyat xətti deyil, həm də enerji, ticarət, logistika və kommunikasiya sahələrində böyük strateji imkanlar yaradan regional körpüdür. Bu marşrut Orta Asiyadan Avropaya qədər uzanan yeni iqtisadi və ticarət magistralını formalaşdıraraq bütün bölgənin inkişafına təkan verəcək.

Bu layihənin əhəmiyyəti həm də siyasi müstəvidə özünü göstərir. Azərbaycan və Ermənistan arasında imzalanan bu sənəd, regionda uzunmüddətli sülhün möhkəmlənməsi, xalqlar arasında qarşılıqlı etimadın bərpası və əməkdaşlıq üçün yeni səhifənin açılması deməkdir. Bu, yalnız Azərbaycan və Türkiyənin deyil, bütün Cənubi Qafqazın və qonşu dövlətlərin faydalanacağı bir təşəbbüsdür.

Fatma Yıldırım qeyd edib ki, cənab Prezident İlham Əliyevin xarici siyasət kursu hər zaman milli maraqlarımızı təmin etməyə yönəlib və bu istiqamətdə əldə olunan hər bir uğur xalqımız tərəfindən böyük dəstək görüb. Azərbaycan xalqı hər zaman olduğu kimi bu gün də öz liderinin ətrafında bir yumruq kimi birləşərək onun atdığı hər addımı dəstəkləyir.

Cəman Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, bu səfər çərçivəsində Vaşinqtonda keçirilən görüşlər, sərgilənən davranışlar, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiyasının tarixi uğuru olmaqla yanaşı, həm də dövlətimizin başçısının siyasi iradə və qətiyyətinin təntənəsi oldu.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see191

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see161

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see158

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see155

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see151

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see138

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see135

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see135

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see131

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri