Icma.az
close
up
RU
Azərbaycan və Almaniya: Yeni Əməkdaşlıq Səviyyəsi

Azərbaycan və Almaniya: Yeni Əməkdaşlıq Səviyyəsi

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi.   Səfəri çərçivəsində  siyasi, iqtisadi və ekoloji sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün mühüm məqamlara toxunuldu. Bu isə öz növbəsində iki ölkənin inkişafı üçün geniş perspektivlər açır.

Azərbaycan və Almaniya arasında ticarət əlaqələri son illərdə əhəmiyyətli şəkildə genişlənib.

  Azərbaycan Prezidenti İlham Əliyev alman həmkarının səfərinin iki ölkənin əlaqələrinə yeni təkan verəcəyinə diqqət çəkib."  Hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq ,xüsusilə bərpaolunan enerji sahəsində-  harda  ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına  2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu ,tam reallıqdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir."

Prezidentlərin mətbuata bəyanatları zamanı  Frank-Valter Ştaynmayer olduqca əhəmiyyətli bir məqama da toxunub; " 2022-ci ilsə Azərbaycan Almaniyada çox böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə çox böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı ,infrastrukturun genişləndirilməsinə də  ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik.Çünki o, hələ də kifayət həcmdə deyil.Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var".

 Almaniya Prezidentinin "Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər. "-  fikirləri isə səfərdən əvvəl baş vermiş  bir sıra təxribatlara ən yüksək səviyyədə münasibətin tğzahürü idi.  

Azərbaycan Prezidenti alman həmkarının səfərinin iki ölkənin əlaqələrinə yeni müsbət təkan verəcəyini söyləyib: "İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir".

 Dövlət başçısı

COP29 beynəlxalq iqlim konfransında uğurlu nəticələr əldə edildiyini də bildirib :."Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başa düşülən deyildi."

   Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi hər iki ölkənin inkişafına böyük töhfə hesab olunur .Bu gün Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələr yüksək səviyyədədir və Azərbaycan bu ölkə üçün ən vacib ticarət tərəfdaşlarından biridir. Eyni zamanda iki ölkə arasında enerji sahəsində də sıx əməkdaşlıq həyata keçirilir, Azərbaycan Almaniyanın enerji təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayır. Eyni zamanda Almaniya Azərbaycana müasir texnologiyaların təqdim olunmasında ciddi rola sahibdir.

 Ümid edirik ki, İki ölkə arasındakı əlaqələrin inkişafının sürətləndirilməsi böyük əhəmiyyətə malikdir.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

SİYASƏT
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 Aprel 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri