Icma.az
close
up
RU
Azərbaycan və Almaniya: Əməkdaşlıq və genişlənən münasibətlər

Azərbaycan və Almaniya: Əməkdaşlıq və genişlənən münasibətlər

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Güclü dövlətlərin xarici siyasətində əsas rol oynayan amillərdən biri digər ölkələrlə qurulan və zamanla daha da inkişaf etdirilən ikitərəfli münasibətlərdir. Əgər bir dövlət yalnız regional qonşuları ilə deyil, eyni zamanda qlobal güc mərkəzləri ilə də səmərəli siyasi əlaqələr qurur və bu münasibətləri balanslı şəkildə davam etdirirsə, bu, həmin ölkənin xarici siyasətinin strateji və möhkəm əsaslar üzərində qurulduğunu göstərir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu daha da inkişaf etdirərək, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirmiş, aparıcı dövlətlərlə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurulmasına nail olmuşdur. Bu baxımdan, Almaniya Federativ Respublikası ilə əlaqələrin inkişafı Azərbaycan xarici siyasətinin uğurlarından biridir.Azərbaycan və Almaniya arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuş və o vaxtdan etibarən iki ölkə arasındakı əlaqələr müxtəlif sahələrdə inkişaf etmişdir. İkitərəfli əməkdaşlıq siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələri əhatə edir.Ölkələrimiz arasında davamlı siyasi dialoq mövcuddur. İki dövlətin rəhbərləri arasında mütəmadi görüşlər keçirilir. Azərbaycan Respublikasının Prezidentinin Almaniyaya 17 rəsmi və işgüzar səfəri, eləcə də Almaniya Federativ Respublikasının Prezidentinin Azərbaycana ilk rəsmi səfəri strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.Hər iki dövlətin xarici işlər nazirləri, parlament nümayəndələri və digər yüksək rütbəli rəsmilər də mütəmadi olaraq görüşlər keçirərək ikitərəfli münasibətləri daha da gücləndirirlər.Cari ilin 2 aprel tarixində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri çərçivəsində Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoydu. Dövlət başçımız İlham Əliyevin yüksək səviyyəli görüşlər zamanı verdiyi bəyanatlar, həmçinin ölkələrimiz arasında aparılan müzakirələr, əməkdaşlığın perspektivləri baxımından böyük əhəmiyyət daşıyır .Azərbaycan və Almaniya arasındakı əlaqələr uzun illərdir ki, müxtəlif sahələrdə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, ticarət və investisiya sahələrində tərəfdaşlıq güclənməkdədir. Almaniya Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi dövlətimizlə iqtisadi əlaqələrini daim genişləndirir və bu münasibətlər hər iki tərəf üçün qarşılıqlı fayda verməkdədir.Cənab Prezidentin mətbuata verdiyi bəyanatda vurğuladığı kimi, Azərbaycan-Almaniya əməkdaşlığı təkcə enerji sektoru ilə məhdudlaşmır. Hər iki ölkə yaşıl enerji, nəqliyyat-logistika və sənaye sahələrində də birgə layihələr həyata keçirməkdə maraqlıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bu istiqamətdə Almaniya ilə əməkdaşlığı xüsusilə diqqət mərkəzindədir.Prezident Frank-Valter Ştaynmayerin Bakıya səfəri təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, həm də regional və qlobal kontekstdə mühüm hadisədir. Qafqaz regionunda baş verən proseslər, Azərbaycanın iqtisadi və siyasi gücünün artması, həmçinin Avropanın enerji təchizatında Bakının artan rolu Almaniya üçün bu münasibətləri daha da dərinləşdirməyi vacib edir.Dövlət başçımız İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, Azərbaycan öz tərəfdaşları ilə əməkdaşlığını daha da genişləndirmək niyyətindədir və Almaniya bu tərəfdaşlıqda mühüm yer tutur. İki ölkə arasında qarşılıqlı etimadın və iqtisadi maraqların güclənməsi gələcəkdə yeni strateji layihələrin reallaşmasına zəmin yaradır.Prezident İlham Əliyev bəyanatında bu səfərin Azərbaycan və Almaniya arasındakı əməkdaşlığa müsbət təkan verəcəyinə inandığını bildirdi. Görüşlər zamanı əsas diqqət iqtisadi əməkdaşlığa yönəlib. Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin son aylarda üç dəfə artması xüsusi qeyd edilib. Bu artımın əsas səbəbi isə Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin yüksəlməsidir.Dövlət başçısı iqtisadi əlaqələrin yalnız enerji sektoru ilə məhdudlaşmamalı olduğunu vurğulayaraq, ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib. Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünü 6 giqavata çatdırmaq niyyəti və bunun bir hissəsinin Avropaya ixrac ediləcəyi diqqətə çatdırılıb. Almaniya bu sahədə geniş təcrübəyə malikdir və ölkəmiz xarici investorların cəlb olunması ilə bu sahədə böyük uğurlar əldə etməyi hədəfləyir.Azərbaycanın ötən il COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməsi ölkəmizin ekoloji siyasətdə qlobal rolunu artırıb. Prezident İlham Əliyev bəyanatında Almaniyanın bu konfransda fəal iştirak etdiyini və iki ölkə arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndiyini bildirib. COP29-a 197 ölkənin qatıldığı, lakin Ermənistanın bu beynəlxalq tədbirdə iştirak etməməsinin təəssüf doğurduğu qeyd olunub.Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir vaxtda Ermənistanın belə bir beynəlxalq platformada iştirakdan imtina etməsi başadüşülən deyil. Prezident İlham Əliyev bu məsələni Almaniya tərəfi ilə müzakirə etdiyini və Azərbaycanın mövqeyini izah etdiyini bildirib.Dövlət başçısı bəyanatında Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini xatırladıb. O qeyd edib ki, bir milyon azərbaycanlı erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından məhrum olub və torpaqlarımızın təxminən 20 faizi işğal altında qalıb.Azərbaycan beynəlxalq təşkilatların ədalətli mövqe nümayiş etdirmədiyi bir şəraitdə öz suverenliyini bərpa edərək, həm döyüş meydanında, həm də siyasi müstəvidə qalib gəlib. Bu tarixi Zəfər sülh danışıqlarına yol açıb və hazırda Azərbaycanın və Ermənistanın sülh prosesində mövqeləri kifayət qədər yaxınlaşıb.Prezident İlham Əliyev Almaniya Prezidentinin Azərbaycana rəsmi səfərinin tarixi əhəmiyyət daşıdığını bildirib. Bu səfər iki ölkəni daha da yaxınlaşdıracaq və əməkdaşlıq perspektivlərini genişləndirəcək.Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, iqtisadi əməkdaşlığın güclənməsi, bərpaolunan enerji sahəsində yeni layihələrin icrası və beynəlxalq siyasətdə ortaq maraqların qorunması Azərbaycan-Almaniya tərəfdaşlığını daha da möhkəmləndirəcək.Bu səfər təkcə cari əlaqələrin inkişafına deyil, həm də gələcək illərdə daha geniş miqyaslı strateji əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq. İkitərəfli əməkdaşlığın genişlənməsi hər iki ölkənin maraqlarına xidmət edəcək və Azərbaycanla Almaniya arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəkdir.

Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri