Icma.az
close
up
RU
Azərbaycan Almaniya: yeni əməkdaşlıq mərhələsində böyük hədəflər

Azərbaycan Almaniya: yeni əməkdaşlıq mərhələsində böyük hədəflər

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Berlinə rəsmi səfərinin əsas məqamları

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri həm Avropada, həm də Cənubi Qafqazda böyük maraqla qarşılanan hadisədir. Bunu söyləməyə, kifayət qədər, ciddi əsaslar var. İlk növbədə, enerji əməkdaşlığının daha da genişləndirilməsinə duyulan ehtiyacı vurğulamaq lazımdır. Azərbaycan qazının “köhnə qitə”nin digər bazarları kimi, Almaniya bazarına da tədarükünün artırılması müstəsna əhəmiyyətə malikdir.

İkinci əməkdaşlıq platforması kimi “yaşıl enerji” sahəsində birgə layihələrin həyata keçirilməsi üzərində dayanmaq mümkündür. Əlbəttə, başqa vacib məqamlar da var. Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək və geniş tərkibdəki görüşlərində, habelə, Kansler Fridrix Mertslə görüşündə müzakirə olunan məsələlərin areal genişliyi də fikrimizin sübutudur.

Ümumən, istər Prezident İlham Əliyevin Almaniyada yüksək səviyyəli qarşılanması, istərsə də keçirdiyi görüşlər Bakı-Berlin əməkdaşlığının həm müasir durumu, həm də perspektiv inkişafı ilə bağlı böyük nikbinlik vəd edir. Təbii ki, dövlətimizin başçısının Prezident Ştanmayerlə görüşü, eləcə də hər iki lider arasındakı münasibətlərin daimi pozitiv ahəngi bu nikbinlikdə müstəsna rol oynayır. Nəzərə alaq ki, Almaniya Prezidenti ölkənin xarici işlər naziri vəzifəsində işləyəndə dəfələrlə ölkəmizdə səfərdə olub və bu cəhət ona bütövlükdə Cənubi Qafqazı tanımaq, o cümlədən regionun problemlərinə yaxından bələd olmaq imkanı verib.

Cənab Ştaynmayer Almaniyada və Avropada nüfuzlu siyasətçilərdən sayılır və belə bir şəxsin Prezident İlham Əliyevlə görüşdə Azərbaycanı regionda sabitlik adası kimi dəyərləndirməsi adi qarşılana bilməz. Məsələyə sabitlik kontekstindən yanaşsaq, əslində, Almaniya da Avropada bu mənada seçilir, “köhnə qitə”nin dayanıqlı iqtisadiyyata malik məmləkətlərinin ön sırasındadır. Yəni Azərbaycanla Almaniyanı birləşdirən xüsusiyyətlər, ortaq nöqtələr var. Ümumiləşdirmə aparsaq, deyə bilərik ki, Azərbaycan Cənubi Qafqaz və dünya üçün nə qədər vacibdirsə, Almaniya da Avropa və dünya üçün bir o qədər əhəmiyyətlidir.

Əvvəldə də bildirdiyimiz kimi, hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artıb və bu barədə cənab Ştanmayer də söz açdı, Rusiya və Avropa arasında gərginlik fonunda Azərbaycanın etibarlı tərəfdaş ampluasını vurğuladı. Mövcud zəmində Azərbaycan-Almaniya əlaqələrinin artıq strateji xarakter daşıması isə məmnunluq doğurur ki, prezidentlərin görüşündə bu məqam da vurğulandı. Enerjidən söz düşmüşkən, Azərbaycan Avstriya ilə yanaşı, Almaniyaya da qaz ixrac edir ki, bunu Prezident İlham Əliyev də diqqətə çatdırdı.

Prezidentlərin görüşündə Azərbaycan-Ermənistan sülh prosesinə də toxunuldu. Cənab Ştanmayer prosesdə əldə edilmiş irəliləyişə görə dövlətimizin başçısına təbriklərini çatdırdı. Onu da deyək ki, İkinci Qarabağ müharibəsinin nəticələri əsasında Cənubi Qafqazda formalaşan yeni reallıqlar əvvəlcə Avropanın bir sıra nüfuzlu siyasi dairələri tərəfindən çətin qəbul edilirdi. Onlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda mövqelərinin güclənməsi ilə bağlı prosesləri heç olmasa qismən geri çevirmək ümidini qoruyurdular. Doğrudur, hazırda mövcud tendensiya, demək olar, tam sıradan çıxıb. Amma bəzi istisnaları çıxmaq şərtilə Almaniyanın Azərbaycanın formalaşdırdığı reallığa demarş cəhdi qeydə alınmamışdı ki, bu cəhət də Bakı-Berlin təmaslarının hazırkı müsbət ahəngində həlledici faktordur.

Prezidentlərin geniş tərkibdəki görüşündə müxtəlif aktual problemlər müzakirə edildi. Bu mənada, Almaniya liderinin Yaxın Şərqdə gərginlik və Hormuz boğazında yaranmış vəziyyətdən narahatlığını bildirməsi anlaşılandır. Çünki ölkəsinin açıq ticarət dəhlizlərinə ehtiyacı var. İndiki mürəkkəb geosiyasi durumda ixracyönümlü iqtisadiyyata malik Almaniya üçün Azərbaycanın əhəmiyyətini şərtləndirən həm də budur. Axı Azərbaycanın nəqliyyat dəhlizləri baxımdan vacib halqadır. Yeri gəlmişkən, söhbətlər zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmi də vurğulandı.

Qeyd edək ki, Prezident İlham Əliyevin Berlinə səfərinin əhəmiyyətini vurğulayan cəhətlərdən biri də Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi qurumun Cənubi Qafqaza münasibətdə gələcək siyasətinin formalaşmasına təsir göstərən aktor olmasıdır. Məhz buna görə Almaniya-Azərbaycan dialoqunun xarakteri Brüsselin Bakı ilə enerji, nəqliyyat, investisiya və regional təhlükəsizlik sahələrində gələcək əməkdaşlıq yanaşmalarını müəyyənləşdirmək potensialını daşıyır. Dialoqun məğzi isə Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakterinə söykənir. Mövcud xarakter iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanlar açır. Yəqin buna görədir ki, dövlətimizin başçısı Almaniyaya səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminliyini ifadə edib.

Əminlik Kansler Mertsin fikirlərinin də leytmotivini təşkil edib. Cənab Merts bildirib ki, Azərbaycan Almaniya üçün mühüm rol oynayır və iqtisadi baxımdan da çox maraqlı perspektivlər təqdim edir: “Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi apara bildik. Siz Azərbaycandan daha böyük həcmdə qaz tədarükü üçün bizə imkan yaradırsınız. Buna görə Sizə təşəkkürümü bildirirəm. Bu məsələ bu gün imzaladığımız Birgə Bəyannnamədə də öz əksini tapıb”.

F.Merts diqqətə çatdırdığımız iqtibasda “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni nəzərdə tutur. Hesab edirik ki, dövlətimizin başçısının Berlinə səfəri zamanı imzalanmış ən dəyərli sənəd budur və adından da göründüyü kimi, ikitərəfli münasibətlərə stratejilik obrazı qazandırır. Münasibətlərin strateji xarakterini vurğulayan cəhətlər isə həddən artıq çoxdur. Həmin cəhətlər sırasında siyasi və diplomatik, iqtisadi və ticarət, təhlükəsizlik və müdafiə əməkdaşlığını, mədəniyyət, təhsil, dil və insanlararası mübadilələri, elm, texnologiya və innovasiya sahəsindəki işbirliklərini vurğulamaq olar və sadalanan istiqamətlərin hər biri bəyannamədə əhatəli şəkildə təqdim olunur.

Onu da bildirək ki, son dövrlər Azərbaycanın Aİ və qurumun ayrı-ayrı üzv dövlətləri ilə münasibətləri daha praqmatik xarakter alıb, ənənəvi ideoloji yanaşmalar xeyli zəifləyib. Bu baxımdan, Almaniya ilə əlaqələr nümunəvidir və Birgə Bəyannamə nümunəviliyin əyani göstəricisidir. Yeri gəlmişkən, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ötən ilin aprelində Bakıya rəsmi səfəri də Berlinin Azərbaycanı siyasi motivlərlə qiymətləndirməkdən tədricən uzaqlaşaraq, öz milli maraqlarına əsaslanan daha praqmatik əməkdaşlıq modelinə keçdiyinin sübutudur. “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” ilə yanaşı, “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə”nin imzalanması da həmçinin. Deməli, tərəflərin münasibətlərə fundamental baxış bucağı var.

Ümumən, Avropanın növbəti sınaqlarla üzləşdiyi, enerji daşıyıcılarının qiymətlərinin yenidən rekord həddə çatdığı, bir sıra Avropa ölkələrinin iqtisadiyyatlarının uzunmüddətli durğunluqdan çıxa bilmədiyi şəraitdə Bakı ilə əməkdaşlıq onların çoxu üçün enerji mənbələrinin şaxələndirilməsi strategiyasının mühüm tərkib hissəsinə çevrilir. Yəni onların Bakı ilə əməkdaşlığı iqtisadi dayanıqlılığın əsas amillərindən biridir. Almaniya da belə dövlətlər sırasındadır. Şaxələndirməkdən söz düşmüşkən, Almaniyanın ilk dəfə olaraq Azərbaycanın boru qazını birbaşa idxal imkanı əldə etməsi onun ayrı-ayrı təchizatçılardan asılılığını azaldıb. Azərbaycan üçün durumun əhəmiyyəti Avropanın ən böyük enerji bazarına çıxışa əsaslanır. Mövcud nəticə ölkəmizin Aİ-nin əsas enerji təchizatçılarından biri mövqeyini daha da möhkəmləndirir.

Bəli, Almaniyanı digər “köhnə qitə” ölkələrindən fərqləndirən xüsusiyyət onun haqqında söz açdığımız fundamental yanaşmasıdır. Bu yanaşmaya görədir ki, bir neçə il əvvəl əsas diqqət siyasi dialoqa yönəlirdisə, indi gündəliyin mərkəzində konkret iqtisadi layihələr, investisiyalar, energetika, sənaye kooperasiyası və nəqliyyat-logistika əlaqələrinin inkişafı dayanır. Müvafiq olaraq, Azərbaycan Berlin tərəfindən Cənubi Qafqazın əsas tərəfdaşlarından biri və Avrasiya məkanında formalaşan yeni nəqliyyat-enerji arxitekturasının mühüm elementi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin Almaniya səfəri gedişində imzalanan sənədlər, ümumən, qarşılıqlı münasibətlər baxımından ifadə olunan xoş niyyət Bakı-Berlin əməkdaşlığının potensialının yalnız enerji amili ilə məhdudlaşmadığını göstərir. Ölkəmiz iqtisadiyyatın modernləşdirilməsi, sənayenin inkişafı və azad edilmiş ərazilərin bərpası üzrə genişmiqyaslı proqram həyata keçirir. Bu, investisiya əməkdaşlığının genişləndirilməsi üçün böyük imkanlar açır. Ayrıca Almaniyanın ənənəvi olaraq dünyada maşınqayırma, kimya sənayesi və yüksək texnologiyalar sahəsində ən güclülərdən olduğunu vurğulamalıyıq.

Deməli, ölkənin istehsal müəssisələrinin Azərbaycanın sənaye parklarında lokallaşdırılması, sənaye avadanlıqlarının tədarükü, kimya sənayesi, istehsalın rəqəmsallaşdırılması və müəssisələrin avtomatlaşdırılması sahəsində işbirliyi mümkündür. “Yaşıl enerji” sahəsindəki əməkdaşlıq perspektivindən isə əvvəldə söz açdıq. Əlavə edək ki, Almaniya ilə bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl” elektrik enerjisinin istehsalı və ötürülməsi, hidrogen energetikası layihələri, eləcə də elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin modernləşdirilməsi də perspektivli əməkdaşlıq istiqamətləri sırasındadır.

Bundan başqa, Prezident İlham Əliyevin Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşündə Azərbaycanda kənd təsərrüfatı ilə bağlı dövlət proqramının qəbul olunduğu xatırlanaraq, Almaniyanın mövcud sahədə aparıcı texnologiyalarının ölkəmizdə tətbiqi imkanlarına toxunuldu, “ağıllı kənd təsərrüfatı” istiqamətində əməkdaşlığın perspektivləri qeyd edildi. Söhbət zamanı, həmçinin, ölkəmizin turizm potensialından istifadə olunmasına və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi də aparıldı.

Sonda ümumiləşdirmə apararaq onu da bildirək ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, Berlində keçirilən ali səviyyəli görüşlər Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlar fonunda Bakı–Berlin münasibətlərinin mühüm keyfiyyət mərhələsinə qədəm qoyduğunu göstərir. Nəzərə alaq ki, Azərbaycan-Almaniya təmaslarının hazırkı yüksək səviyyəsi Berlinin yaşadığımız coğrafiyadakı maraqlarının daha praqmatik və bərabərhüquqlu əsaslarla balanslaşdırılmış formada təmin edilməsinə şərait yaratmaqla yanaşı, ölkəmizin həm Aİ daxilindəki nüfuzunu artırır, həm də geosiyasi və geoiqtisadi çəkisini dəfələrlə gücləndirir.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri