Icma.az
close
up
RU
Azərbaycan və Çin birgə inkişaf yolunu tutublar DEPUTAT ŞƏRH ETDİ

Azərbaycan və Çin birgə inkişaf yolunu tutublar DEPUTAT ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Prezident İlham Əliyevin bundan əvvəlki Çin səfərində hərtərəfli strateji tərəfdaşlığa dair sənədin imzalanması Azərbaycanın və Çin münasibətlərinin ən yüksək səviyyədə olmasını deməyə imkan verir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın Çinin ərazi bütövlüyünü və suverenliyini tam olaraq dəstəkləməsi və buna qarşılıqlı olaraq da Çinin Azərbaycanın ərazi bütövlüyünü və inkişaf strategiyasını hərtərəfli dəstəkləməsi onu deməyə imkan verir ki, Azərbaycan və Çin birgə inkişaf yolunu tutublar:
“Xüsusilə də Azərbaycanın Qara dənizdə yeni limanların istifadəyə verilməsi və icarəyə götürülərək yükdaşıma potensialının artırılması üçün həyata keçirdiyi yanaşmalar da orta dəhlizdən istifadə edən şirkətlər və region dövlətlər tərəfindən dəstəklənir. Çin tərəfindən Zəngəzur dəhlizinin açılması üçün müsbət dəstəyin verilməsi də Azərbaycan tərəfindən alqışlanmaqdadır. Bir sözlə, biz Çin və Azərbaycan arasında iqtisadi və ticari dövriyyənin günü-gündən artdığını əminliklə deyə bilərik. Xüsusilə də 2024-cü illə müqayisədə bu artımın nəzərəçarpan dərəcədə olması da bizi sevindirir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan-Çin münasibətləri ən yüksək səviyyədədir: “Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü tam olaraq dəstəkləyir. Cənab Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinlə baş tutan məhsuldar görüşdən sonra biz Azərbaycan-Çin münasibətlərinin daha da inkişaf edəcəyini görəcəyik. Xüsusilə qarşılıqlı viza rejiminin ləğv edilməsi artıq qarşılıqlı turist axınına da şərait yaradır. Yaxın 5-10 ildə Azərbaycan-Çin turizm imkanlarının artacağını görəcəyik. Nəticə etibarilə əldə edilən bütün razılıqlar Azərbaycan və Çin xalqının sosial rifahının yaxşılaşdırılmasına, qarşılıqlı birgə layihələrdə iştirak və iqtisadi gücümüzün artmasına gətirib çıxaracaq”.

Müəllif: Arzu Qurbanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri