Icma.az
close
up
RU
Uğurla inkişaf edən Azərbaycan Çin münasibətləri ŞƏRH

Uğurla inkişaf edən Azərbaycan Çin münasibətləri ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Çin Azərbaycanın Asiyaya açılan etibarlı qapısıdır, Azərbaycan isə Çinin Qafqaza və Avropaya inteqrasiyasında mühüm həlqə rolunu oynayır. Qeyd edək ki, bugünkü Çin-Azərbaycan əlaqələrinin əsasını təşkil edən bu dərin tarixi bağlılıq, ölkəmiz müstəqillik qazandıqdan sonra - 1992-ci ildə rəsmi diplomatik münasibətlərin qurulması ilə yeni mərhələyə qədəm qoydu. Ötən 33 il ərzində bu münasibətlər yüksələn xətt üzrə inkişaf etmiş, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmlənmişdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu əlaqələrin bu səviyyəyə çatması yalnız iqtisadi və diplomatik deyil, həm də regionda sülhə və sabitliyə verilmiş mühüm töhfədir. Məhz bu baxımdan, Azərbaycanın Çinin təşəbbüsü olan "Bir kəmər, bir yol" layihəsində fəal şəkildə iştirak etməsi təsadüfi deyil. Azərbaycan bu qlobal təşəbbüsün vacib tərkib hissəsinə çevrilmiş və öz tranzit potensialı ilə layihəyə əhəmiyyətli töhfələr vermişdir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın "Bir kəmər, bir yol" layihəsində tutduğu mövqe və oynadığı rol olduqca strateji və nüfuzludur. Bu mövqe Çin tərəfindən də yüksək qiymətləndirilmiş və xüsusi hörmətlə qarşılanmışdır. Bu münasibətlərin təməli isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra bilavasitə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1994-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk rəsmi xarici səfərlərindən birini məhz Çinə etmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və liderlik qabiliyyəti Çin tərəfindən də yüksək qiymətləndirilmişdi. Həmin dövrdə Çin rəhbərliyi artıq Azərbaycanın gələcəkdə regionun aparıcı geostrateji oyunçularından birinə çevriləcəyini öncədən görür və bu baxımdan ölkəmizə xüsusi diqqət yetirirdi.

Qarşılıqlı etimada əsaslanan münasibətlər bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev beynəlxalq tədbirlərdəki çıxışlarında və nüfuzlu xarici media nümayəndələrinə verdiyi müsahibələrində Azərbaycan-Çin əlaqələrinin əhəmiyyətini dəfələrlə vurğulamışdır. Ölkə başçımız Çinin ən böyük media qurumlarından biri olan "China Media Group"a geniş müsahibələr vermiş və ikitərəfli münasibətlərin perspektivlərini xüsusi olaraq diqqətə çatdırmışdır. Bu, həm də Azərbaycan-Çin münasibətlərinin inkişaf dinamikasını və bu günədək əldə edilmiş müsbət nəticələri bariz şəkildə əks etdirir. Bu tərəfdaşlıq yalnız iqtisadi deyil, siyasi və diplomatik sahələrdə də özünü açıq şəkildə göstərir. Azərbaycan bu gün dünyanın ikinci ən böyük iqtisadiyyatına malik, qlobal miqyasda mühüm siyasi nüfuza sahib olan Çinlə bir sıra mühüm layihələr çərçivəsində qarşılıqlı əməkdaşlıq münasibətləri qurmuşdur. Azərbaycan və Çin arasında formalaşmış bu strateji tərəfdaşlıq müxtəlif sahələrdə - xüsusən də diplomatik, iqtisadi və siyasi istiqamətlərdə öz bariz təsirini göstərir. Azərbaycan-Çin münasibətlərinin güclü təməli, həm də Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında qurulmuş sıx əlaqələr və qarşılıqlı mübadilə mexanizmləri üzərində qurulub. Çin tərəfi, eyni zamanda beynəlxalq platformalarda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləməklə bu münasibətlərin dostluq və strateji əməkdaşlıq xarakterini bir daha təsdiqləmiş olur. Azərbaycanın bu cür böyük iqtisadi və siyasi gücə malik olan Çinlə eyni platformada yer alması, layihələrdə fəal iştirak etməsi, ölkəmizin artan beynəlxalq çəkisinin və geosiyasi rolunun göstəricisidir. Hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunun, eyni zamanda qarşılıqlı əməkdaşlığın növbəti mərhələyə keçəcəyinin mühüm göstəricisidir. Səfər çərçivəsində aparılacaq danışıqlar və imzalanacaq sənədlər Azərbaycan-Çin əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutu olacaq. Hesab edirəm ki, cənab Prezidentin Çin Xalq Respublikasına səfəri çərçivəsində keçirilən görüşlər və müzakirə olunan məsələlər, iqtisadi, siyasi və diplomatik sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Ən əsası, müstəqilliyimizin əldə olunmasından sonra keçən 33 il ərzində ardıcıl, dinamik və yüksələn xətt üzrə inkişaf edən ikitərəfli münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri