Azərbaycan və Çin rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı müzakirə etdilər
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycan və Çin arasında əşyaların interneti və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Redaktor.az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir.
Müzakirələr mərkəzin icraçı direktoru Fariz Cəfərovla Ümumdünya Əşyaların İnterneti Konvensiyasının (WIOTC) təsisçisi və sədri Xuming He ilə videokonfrans formatında keçirilmiş görüşdə baş tutub.
Görüşdə aprel ayında Pekində iki qurum arasında imzalanmış Anlaşma Memorandumunda qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi olub.
Tərəflər birgə fəaliyyətin təşkili, Azərbaycandakı maraqlı tərəflərin WIOTC üzvlüyünə dəvət olunması, əşyaların interneti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində digər əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 May 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















