Azərbaycan və Çin alimləri dilçilik sahəsində əməkdaşlığı genişləndirirlər
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Sentyabrın 10-da Pekin Universitetinin alimləri – professor Zan Tao və dosent Shi Yue AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda qonaq olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında elmi əlaqələrin inkişaf etdirilməsi, dilçilik və filologiya sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı elmi təcrübə mübadiləsi və birgə tədqiqatların aparılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli belə görüşlərin Azərbaycan və Çin alimləri arasında elmi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqların tarixi, mədəniyyəti və düşüncə sisteminin mühüm daşıyıcısıdır. Bu baxımdan müxtəlif dillərin qarşılıqlı öyrənilməsi və müqayisəli tədqiqi xalqlar arasında elmi və mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.
Nadir Məmmədli qeyd edib ki, Azərbaycan və Çin dilçilik məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi, dil əlaqələri, türkologiya, terminologiya, leksikoqrafiya və dil-mədəniyyət münasibətləri istiqamətində birgə araşdırmaların aparılması üçün geniş imkanlar mövcuddur.
Pekin Universitetinin alimləri də Azərbaycan dilçiliyi, türkologiya və regionun dillərinin öyrənilməsi istiqamətində aparılan elmi tədqiqatlarla maraqlanıblar.
Tərəflər dilçilik və filologiya sahəsində alimlərin qarşılıqlı səfərlərinin, elmi seminar və konfransların keçirilməsinin, birgə tədqiqat və nəşr layihələrinin həyata keçirilməsinin əməkdaşlığın inkişafına xidmət edəcəyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 11 Sentyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















