“Azərbaycan və Ermənistan arasında sülh həm bölgədə, həm də dünya miqyasında rifah üçün ümidverici əlamətdir” Kansler
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sülh müqaviləsi üzərində razılığın əldə olunması münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kansler Almaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla Berlində təşkil olunan birgə mətbuat konfransında bildirib.
“Bu, həm bölgədə, həm də dünya miqyasında sülh və rifah üçün ümidverici əlamətdir. Sizin razılaşmanız məhz bu gərgin və dəyişkən dövrlərdə regiondan kənarda da mühüm və müsbət mesaj verir. Bizim baxışımıza görə, indi əsas məsələ Ermənistan və Azərbaycanın qalan addımları sülh yolu ilə atması və həll olunmamış məsələlərin qarşılıqlı razılıqla həll edilməsidir”, - deyə Merts qeyd edib.
Kanslerin sözlərinə görə, Almaniya hər iki tərəfi bu yolda dəstəkləməkdə davam edəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 10 Dekabr 2025 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















