Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan sülh memorandumu imzalayacaq

Azərbaycan və Ermənistan sülh memorandumu imzalayacaq

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycan və Ermənistanın Vaşinqtonda sülh axtarışına sadiqlik göstərən qarşılıqlı anlaşma memorandumu imzalayacağı gözlənilir. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, məlumatı “Middle East Eye” (//www.middleeasteye.net/news/armenia-and-azerbaijan-ink-peace-memorandum-under-trump-mediation) nəşrinə danışan bölgə mənbələri təsdiqləyib. Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə keçiriləcək imzalanma mərasimində qəbul edəcək.
Qeyd edək ki, hər iki ölkə mart ayında sülh razılaşmasının ilkin layihəsi üzərində razılıq əldə etsə də, Azərbaycan tərəfi bəzi əlavə şərtlərdə israrlıdır. Əsas tələb Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan istinadların silinməsidir. Bu isə Ermənistanda ümumxalq referendumu tələb edir. Ağ Evdəki görüş iyul ayında Əbu-Dabidə keçirilmiş İlham Əliyev-Paşinyan görüşünün davamı kimi qiymətləndirilir.

Həmin görüşdən sonra Prezident Əliyev bildirmişdi ki, tərəflər bir neçə ay ərzində sülh razılaşmasının əsas prinsipləri və ya tam mətni üzərində razılıq əldə edib onu paraflaya bilərlər:

“Əsas prinsiplər üzərində razılıq, onların paraflanması və daha sonra mətndə işlənməsi mümkün yanaşmadır. Bu isə Ermənistanın konstitusiyasında dəyişikliklərə əsaslanır”, – deyə Əliyev bildirmişdi.

Mənbələr qeyd edir ki, bu dəfə imzalanacaq sənəd sülh sazişi deyil, niyyət məktubu olacaq. Bu, Trampın son aylar bölgədə göstərdiyi diplomatik aktivliyin rəmzi nəticəsi kimi təqdim olunacaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu həftənin əvvəlində Türkiyəli həmkarı Hakan Fidanla əlaqə saxlayaraq görüş barədə məlumat verib. Türkiyənin XİN mənbələri bildiriblər ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Azərbaycanla Ermənistan arasında ən böyük mübahisə nöqtələrindən biri isə Zəngəzur dəhlizi məsələsidir. Bu dəhliz Azərbaycanı Naxçıvanla birləşdirməli və Ermənistan ərazisindən keçməlidir. Lakin Ermənistan bu terminin “irredentist” (ərazi iddiası güdən) məzmun daşıdığını əsas gətirərək onunla razılaşmır. ABŞ-ın səfiri Tomas Barrak ötən ay təklif etmişdi ki, amerikalı bir şirkət dəhlizi 100 il müddətinə icarəyə götürüb idarə etsin. Məqsəd hər iki tərəf üçün təhlükəsizlik və davamlılıq təminatını gücləndirmək idi. Lakin Ermənistan bu təklifi rədd etdi və suveren ərazisini üçüncü ölkəyə icarəyə verməyəcəyini bildirdi. Mənbələr qeyd edirlər ki, ilk olaraq bu təklif Türkiyə tərəfindən irəli sürülüb. Ermənistan və Azərbaycanın razılığı ilə bir özəl şirkətin dəhlizi idarə etməsi planlaşdırılıb. Amma Ermənistan həmin şirkətin həm də Naxçıvan tərəfdə fəaliyyət göstərməsini tələb edib. Bu isə Bakı üçün qəbuledilməz olub.

Qarabağ münaqişəsinin tarixi
Ermənistan-Azərbaycan münaqişəsi 1993-cü ildə, Sovet İttifaqının süqutundan sonra erməni qüvvələrinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağı işğal etməsi ilə başlayıb. 2020-ci ilin payızında 44 günlük müharibədən sonra 2023-cü ilin sentyabrında Azərbaycan bölgədə anti-terror əməliyyatı keçirərək tam nəzarəti bərpa edib. Nəticədə bölgədəki erməni əhalisinin əksəriyyəti oranı tərk edib. 2024-cü il yanvarın 1-dən etibarən qondarma "Dağlıq Qarabağ Respublikası" ləğv olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Avqust 2025 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri