Icma.az
close
up
RU
Ermənistan və Azərbaycan sülh memorandumu imzalayacaq

Ermənistan və Azərbaycan sülh memorandumu imzalayacaq

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqtonda cümə günü Azərbaycan və Ermənistanın sülhə dair niyyət memorandumu imzalayacağı gözlənilir. Bu barədə məsələyə yaxın region mənbələri Middle East Eye saytına məlumat veriblər.
Mənbələrin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bu mərasimə ev sahibliyi edəcək və Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə bu sənədi imzalayacaqlar.
Ermənistan və Azərbaycan martda sülh sazişi layihəsi üzrə razılığa gəliblər. Amma rəsmi  Bakı yekun sazişin imzalanmasından əvvəl əlavə şərtlərdə israrlıdır. Azərbaycanın əsas tələbi Yerevanın konstitusiyasını dəyişərək Azərbaycan ərazilərinə dair istinadları çıxarmasıdır. Bunun üçün  isə Ermənistanda ümumxalq referendumunun keçirilməsi tələb olunur. 
Gözlənilən Ağ Ev sammiti iyulda liderlər arasında Əbu-Dabidə keçirilmiş görüşdən sonra baş tutur.
Həmin görüşdən sonra prezident Əliyev bildirib ki, ölkələr sülh sazişinin əsas prinsipləri üzrə razılığa gələ və onları ilkin şəkildə imzalaya bilərlər.
“Əsas prinsiplər üzrə razılıq əldə edib onları ilkin şəkildə imzalamaq, sonra isə mətn üzərində işləmək bir seçim ola bilər”, –  Əliyev qeyd edib və bu prosesin Ermənistanın konstitusiyasını dəyişməsindən asılı olduğunu vurğulayıb.
Mənbələrin əlavə əldə etdiyi məlumatlara görə, liderlərin “sülh sazişi layihəsini” deyil, sadəcə “niyyət məktubu”nu imzalayacağı gözlənilir. Bu isə ötən aydan etibarən regionda diplomatik nailiyyət axtaran Tramp üçün mühüm uğur sayıla bilər.
Məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidanla əlaqə saxlayaraq sammit barədə məlumat verib.
Üçüncü region mənbəsi Middle East Eye-a bildirib ki, Fidan və Bayramov arasında ikitərəfli və regional məsələlər müzakirə olunub.
Middle East Eye Ermənistan və Azərbaycan hökumətlərindən rəsmi şərh almaq üçün onlara müraciət edib.
Əsas mübahisə predmeti olan məsələlərdən biri də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan və Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi ilə bağlıdır.
Ermənistan bu ifadəyə qarşı çıxaraq, onun ölkənin suveren ərazisi olan Sünik vilayətinə qarşı ərazi iddialarını ehtiva etdiyini bildirir.
Ötən ay ABŞ-ın səfiri Tomas Barak rəsmi şəkildə təklif edib ki, amerikalı şirkət bu dəhlizi 100 il müddətinə icarəyə götürərək idarə etsin. Bu addım hər iki tərəfin təhlükəsizlik və logistika ilə bağlı narahatlıqlarını aradan qaldırmaq məqsədi daşıyırdı. Lakin Ermənistan bu təklifi rədd edərək, öz suveren ərazisini üçüncü ölkəyə icarəyə verməyəcəyini bildirib.
Regiondakı danışıqlarla tanış mənbə Middle East Eye-a bildirib ki, bu ideya ilk dəfə Türkiyə tərəfindən irəli sürülüb. Türkiyə Ermənistanla Azərbaycan arasında razılaşdırılmış bir özəl şirkətin dəhlizi idarə etməsini təklif edib.
“Amma Ermənistan tərəfi şirkətin dəhlizin Naxçıvan hissəsində də fəaliyyət göstərməsini tələb etdi. Bu isə Bakı üçün qəbuledilməz olub”, –  mənbə bildirib.
Ermənistanla Azərbaycan arasında münaqişə ilk dəfə 1993-cü ildə Dağlıq Qarabağ müharibəsi zamanı alovlanıb. O zaman Ermənistan silahlı qüvvələri BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınan mübahisəli bölgəni işğal etmişdi.
2020-ci ilin payızında baş verən altı həftəlik müharibədən sonra, 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda hərbi əməliyyat keçirərək əraziyə tam nəzarəti bərpa edib.
Bundan sonra bağlanacaq sülh müqaviləsinin də Vaşingtonda imzalanacağı gözlənilir. (anews.az)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri