Icma.az
close
up
RU
Ermənistan Sülh Sazişini imzalayacaq?

Ermənistan Sülh Sazişini imzalayacaq?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ötən həftə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında Sülh Sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.

Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.

"Növbəti addım olaraq Azərbaycanın gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir", - C.Bayramov deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvan arasında sülh sazişi mətninin bütün maddələrinin razılaşdırılması haqda danışarkən deyib ki, Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnində birtərəfli tənzimləmə ilə bağlı qeyd yoxdur.

O, jurnalistlərə açıqlamasında mühakimə yürüdərkən sazişin düşmən ölkələr arasında imzalandığının nəzərə alınmalı olduğunu bildirib: “Bu müqavilə iki ölkəni və xalqları sehrli şəkildə dosta çevirməyəcək. Lakin gələcəkdə həssas məsələlərin həlli üçün mexanizm rolunu oynayacaq”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə martın 17-də jurnalistlərlə söhbətində deyib ki, sülh müqaviləsi layihəsində Ermənistan üçün təhlükəli məqamlar yoxdur.

“Orada bütün məqamlar ikitərəflidir. Təhlükəli məqam olduğunu deyirsənsə, o, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir”.

Sülh sazişinin mətninin nə vaxt dərc olunacağı ilə bağlı danışan spiker deyib: “Nəşrin vaxtını və məntiqini anlayıb məqamı çatanda dərc edəcəyik. Məsələ Azərbaycanın bunu dərc edib-etməyəcəyində deyil.

Müxtəlif yollarla mövcud olan problemlərdən, qorxulardan özümüzü sığortalaya biləcəyimizə qərar verdik və həllini tapdıq".

"Nəşrlə bağlı müzakirələr olacaq, Ermənistanın Azərbaycana atəş açmadığını, Ermənistanın ərazi ambisiyalarının olmadığını, Ermənistanın beynəlxalq tərəfdaşlar üçün də etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmək üçün birtərəfli qaydada heç nə etmək istəmirik”, - Alen Simonyan bildirib

Məsələ ilə bağlı politoloq Vüqar Dadaşov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan rəsmi şəkildə iki dövlət arasında sülh sazişi layihəsinin mətni üzərində danışıqların yekunlaşdığını və saziş layihəsinin mətni üzərində razılıq əldə edildiyini təsdiqləyib.

Sülh sazişi lahiyəsinin mətninin razılaşdırılması Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağı demək deyil. Əvvəla, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra, ortaya çıxan "sülh sazişi"nin bağlanması ehtimalını mümkünsüz hesab etmişəm: “Qeyd edim ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi bağlansa da belə, həmin sazişdə Zəngəzur, Göyçənin Ermənistana aid olmasını özündə ehtiva edən müddəa ola bilməz. Yəni, sülh sazişində hər iki dövlətin əraziləri konkret rəqəmlə göstərilməyəcək və Sovet dövründə Ermənistana qanunsuz verilən Azərbaycan torpaqları üzərində Ermənistan legitimlik əldə etməsinə imkan verilməyəcək. Ermənistan və Azərbaycan arasında tam sülh müqaviləsi, ancaq 1918-cil ildə ermənilərə güzəşt edilən 9min kv km - lik ərazi daxilinə sığınmasından sonra mümkündür.

Zəngəzur dəhlizi məsələsi sülh sazişi mətnindən çıxarılsa da, iki dövlət arasında mümkün sülh müqaviləsi Zəngəzur dəhlizinin açılmasından asılıdır.

Əsas vacib şərt isə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müstəqillik aktı və konstitusiyasındakı müddəalar ləğv edilməyincə Ermənistan və Azərbaycan arasında tam sülh sazişi mümkün deyil, nəinki iki dövlət arasında dayanıqlı sülh.

Sərhədlərin delimitasiyası isə çox ağrılı bir prosesdir. Azərbaycan delimitasiyasını 1918-ci il, Ermənistan isə 1991-ci il xəritələrinə uyğun aparmaq niyyətindədir.

Ermənistan baş naziri Nikol Paşinyanın isə hakimiyyətdən getməsi ilə Ermənistan sülh sazişindən imtina edəcək.

Ermənistan və Azərbaycan arasında tam sülm sazişinin yaxın zamanlarda imzalanması ehtimalı çox azdır. Ancaq, hər bir halda, prosesə uyğun Ermənistan və Azərbaycan arasında ümumiləşdirilmiş müddəaları özündə cəmləyən saziş mümkündür, yenə də qeyd edirəm, Ermənistan ərazilərinin konkret sahə və sərhədləri heç bir sənəddə göstərilməyəcək”.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun fikrincə, Ermənistan həmişəki ampluasındadır. Bu ölkə eyni vaxtda həm sülhdən danışır, həm də silahları işə salır, sərhədlərimizdə təxribatlar törədir, yeni hərbi eskalasiyaya rəvac verir. Ötən həftə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzərində danışıqların başa çatdığının elan edilməsindən üç gün sonra, martın 16-da Ermənistan ordusu tərəfindən Azərbaycan mövqelərinin bir gündə üç dəfə atəşə tutulması İrəvanın sülh bəyanatlarının səmimi olmadığını göstərir. Bu cür sülh siyasəti olmur. Sülh istəyən ölkə silahların "dil"i ilə danışmaz: “Real sülhün bərqərar olması üçün Ermənistan hakimiyyəti çevik siyasət yürütməli və ilk növbədə rəsmi Bakının tələblərinin (Konstitusiya dəyişikliyi, Minsk qrupunun buraxılması üçün birgə bəyanatın verilməsi və Zəngəzur dəhlizinin açılması) yerinə yetirilməsi istiqamətində vaxt itirmədən hərəkətə keçməlidir. Ermənistan yalnız bu addımları atmaqla özünün gerçək sülh tərəfdarı olduğunu sübut edə bilər. Bu addımların atılması həmçinin Ermənistan ictimai rəyinin sülhə fokuslandırılması baxımından da əhəmiyyətlidir. Lakin çox təəssüf ki, Paşinyanın siyasi iradəsizliyi bu addımların atılmasını ləngidir. Daxili auditoriyanın sülh prosesinə təpki göstərəcəyindən ehtiyatlanan Paşinyan ənənəvi təxribat üsullarına əl atır.

Sülh sazişinin mətni üzrə danışıqların başa çatmasından sonra Ermənistanın təxribat törətməsi, mövqelərimizi atəşə tutması heç şübhəsiz ki, sülh prosesini ləngitmək, vaxt qazanmaq məqsədinə xidmət edir. Görünən budur ki, İrəvan paralel siyasət yürüdür və müharibəyə hazırlaşır. Azərbaycanın mövqelərinin atəşə tutulması da bu hazırlığın tərkib hissəsidir. Lakin Paşinyan unudur ki, bu cür klassik təxribat addımları bir qayda olaraq Ermənistan üçün həmişə acınacaqlı nəticələrlə bitir. Təxribatlar törətməklə sülh prosesini ləngitmək ağılsızlıqdır. Ermənistanın sərhəddə təxribatlar törətməsi reallıq hissini itirməyin göstəricisidir”.

Siyasi ekspert Əkrəm Bəydəmirli isə deyib ki, sülh müqaviləsi Ermənistandan təzminat tələblərini arxa plana atmamalıdır: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. Biz bütün detaları ilə bilmirik ki, bu, müqavilədə nələr nəzər tutulub. Gerçəkdən erməniyə etibar etməsək də belə sənədlərin imzalanması çox zərurət təşkil edən məsələdir.Çünki gələcəkdə regionda sabitlik, davamlı sülh üçün Azərbaycanın strateji maraqlarına cavab verən sənədin Ermənistanla imzalanması lazımdır.

Amma belə müqavilə Ermənistandan təzminat tələblərini arxa plana atmamalıdır. 30 il ərzində Azərbaycanın şəhərləri, kəndləri yer üzündən silinib. Görünür, ermənilərin həyat prinsipləri quldarlıq dövrü ilə oxşarlıq edir. Dünyanın heç bir yerində, hətta Afrika cəngəlliklərində də belə xalqlara rast gəlmək mümkün deyil. Bu tarixin acı reallığıdır. Bu gün bərpa işləri, yaşayış yerlərinin yenidən inşası dövlət büdcəsi hesabına başa gəlir.

Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın bu əməlləri beynəlxalq cinayət sayılmalıdır. Bu toplum bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Belə cinayət törədənlərin hüquqi müstəvidə cəzalandırılması ilə bağlı dünyada yetərincə təcrübələr var.

II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşist Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Həmin müharibədə zərçəkmiş yəhudi xalqı Hitler Almaniyasının varisi olan indiki Almaniyadan son dövrlərə qədər təzminat aldı.

Ona görə, biz beynəlxalq təcrübəyə əsaslanaraq daha təsiredici mexanizmlər üzərində düşünməliyik. Bu mexanizmlərdən yalnız biri erməni cinayətlərinin beynəlxalq məhkəməyə yönəltməkdir. Təkzibolunmaz faktları nəzərə alaraq bu müstəvidə xeyli addımlar atmaq mümkündür”.

Politoloq Azər Qasımovun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmaya da bilər. Sülh müqaviləsi şərtlərinin razılaşdırılması hələlik sülh müqaviləsi imzalanması demək deyildir. Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan kostitusiya dəyişikliyinə getməlidir və məlum məsələlər konstitusiyadan çıxarılmalıdır. Bundan sonra imzalanacaq sülh müqaviləsinin hüquqi və siyasi aspektləri gələcək üçün öz reallığını saxlayacaq. Konstitusiya dəyişikliyinə kimi sülh müqaviləsi imzalamaq olmaz: “Məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistan konstitusiya dəyişikliyi üçün referenduma getdikdə erməni toplumu tələb edilən dəyişikliklərə müsbət cavab verməyə razı olmasın və bunların əksinə səs versin. Sorğularda buna ehtilmalın olduğu görünür. Onda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi tamamı ilə gündəlikdən çıxacaq.

Bu durumda tək Azərbaycan-Ermənistan arasında yox, regionda pat dövrü başlayacaq. Artıq heç bir danışığın hüquqi mahiyyəti qalmayacaq. Çünki danışıqlar mənasız olacaq, sadəcə danışıq xatirinə danışıq olacaq. Bu durum isə Azərbaycanı qane etməyəcək. Tək çıxış yolu Ermənistanın imzaladığı "9 noyabr" bəyannaməsinin şərtlərinin yerinə yetirilməsi üçün Azərbaycanın təzyiq yolu seçməsinə qalacaq”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Mart 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri